Icma.az
close
up
RU
“Polisə Dəstək” İB “İnsan Alveri cinayətlərinə qarşı” tədbir keçirib FOTO

“Polisə Dəstək” İB “İnsan Alveri cinayətlərinə qarşı” tədbir keçirib FOTO

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

“Polise Dəstək”İB Şabran rayonunun Heydər Əliyev mərkəzində “İnsan Alveri cinayətlərinə qarşı” maarifləndirici tədbir keçirib.

Moderator.az xəbər verir ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Şabran rayonun Heydər Əliyev mərkəzində orta məktəbin yuxarı sinif şagirdləri və müəllimlərinin rayon ziyalılarının iştirakı ilə İnsan Alveri cinayətlərinin aradan qaldırılmasına dair maarifləndirici tədbir keçirilib.

Yığıncağı Şabran RİH-nin baş məsləhətcisi Turan xanım İskəndərova açmış, yığıncağın səbəbi ətrafında iştirakçılara məlumat verərək bildirmişdir ki, dünyada artıq insan alveri qurbanlarının səsləri eşidilir. Onlar görünməz zəncirlərlə bağlanmış cəmiyyətdən uzaqlaşdırılmış şəxslərdir.

Dünya miqyasında insan alverinin yeni formalara keçməsi, böhranlar, milli və dini zəmində baş verən münaqişələr fonunda artması müşahidə edilir. Bu artım hər birimizi güclü və koordinasiyalı hərəkət etməyə çağırır. Gücümüzü birlikdə bu sahəyə sərf etsək qarşısını  ala bilərik.

Sonra layihə ətrafında “Polisə Dəstək” İB-nin sədri Şəmsəddin Əliyev çıxış etmişdir.

O, İnsan alveri cinayətlərini insanların şüuruna, ümidinə, gələcəyinə,hüquq və azadlıqlarına, insan ləyaqətinə edilən qəsd kimi qiymətləndirmiş, qurbanların müdafiəsini hər kəsin insanlıq borcu kimi zəruri hesab etmişdir.

Şəmsəddin Əliyev bu cinayətlərə qarşı üç əsas amilə uyğun –profilaktika, maarifləndirmə və qurbanların cəmiyyətə inteqrasiyası üzrə yəni, Protection (qurbanların qorunması) və Prevention (qorunma) – faktorlarının effektiv strategiyasını  vurğulamış, müdafiə olmadan təqibin effektinin olmadığını, profilaktika aparılmadan da,  qurbanların sayının azalmayacağını iştirakçıların diqqətinə çatdırmışdır.

O, iştirakçılara konkret addımların atılmasının vacib elementləri barədə də məlumat vermişdir:

Qurbanları yardıma ehtiyacı olan şəxslər kimi tanımaq;

Risklərin azalması  məqsədilə uzaq bölgələrdə, məktəblərdə, iş yerlərində və onlayın platformalarda insan alverinin müxanizmləri haqqında davamlı təbliğat aparmaq, riskli işə qəbul praktikasına qarşı profilaktik tədbirlər həyata  keçirmək və vətəndaşların yardım xətlərindən xəbərdar etmək;

Məlumat və monitorinq qurbanların real statistikasını, istismarın növlərini izləmək  üçün güclü məlumat sistemləri lazımdır. Yalnız düzgün məlumat əsasında siyasət və mübarizə proqramlar, səmərə verəcək.

Layihə üzrə ekspert-qismində çıxış edən, hüquqşunas Aydın Kərimov qeyd etdi ki, insan alveri cinayətlərinin qurbanları bizdən təkcə yardım yox, həm də,  ədalətin bərpasını,   təhlükəsiz həyat sürmək üçün ikinci şans istəyirlər. Bizim öhdəliyimiz isə qurbanı qorumaq, qayğı ilə təqib etmək və gələcəkdə belə halların baş verməməsi üçün ümumi maraqlara cavab verən sistem yaratmaqdır. Bu iş isə hökumət, vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlar, biznes və hər bir fərdin birlikdə fəaliyyətini tələb edir.

Tədbirdə Şabran RPŞ-nin İctimai Təhlükəsizlik  Bölməsinin rəisi polis polkovnik-Leytenantı Hidayət Babayev, təçkilatın üzvü K.Sultanlı və digərləri insan alveri cinayətlərinin insanlıq ləyaqətinə zidd olduğunu, qurbanların yenidən cəmiyyətə qaytarması üçün  hər birimizin mənəvi və praktik məsuliyyət daşımaları barədə fikirlərini bildirmişlər.

Sonda cəmiyyətə mesaj olaraq - “İnsan alveri Transmilli Mütəşəkkil  Cinayətkarlığın ən təhlükəli cinayətlərindən və dünyanın qlobal problemi kimi XXI əsrdə də davam edir. Əşya kimi alınıb satılanlar,azadlığı məhdudlaşdırılanlar, ləyaqəti alçaldılanlar var.  Yalançı vədlər nəticəsində hüquq və azadlıqlar məhdudlaşır. İnsan alverçiləri həssas təbəqəyə malik insanları daha tez ələ alır, onları digər cinayətlərin törədilməsinə cəlb edir və bu yolla da kriminal biznes əldə edirlər.

Zorakılıqlardan, aldadılmaqdan və istismardan qurtulmaq üçün birlikdə insan alverinə qarşı mübarizə aparaq, gələcəyimizi qoruyaq!”- şuarını videoçarx kimi səsləndirilməsi tövsiyə edilmiş, sonda iştirakçıların sualları cavablandırılmışdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Noyabr 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see276

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see213

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see199

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see185

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see177

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see165

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see158

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see152

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see151

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see144

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see144

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see141

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see132

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri