Icma.az
close
up
RU
Polisi dişləyən sürücü hərbi komissarlığa göndərildi VİDEO

Polisi dişləyən sürücü hərbi komissarlığa göndərildi VİDEO

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kiyevdə axtarışda olan sürücü polisin qolunu dişləyib.

Lent.az Ukrayna mediasına istinadla bildirir ki, yayılan kadrlarda patrul əməkdaşlarının BMW sürücüsünün hərbi qeydiyyat sənədlərini yoxlamağa çalışdıqları görünür. Lakin sürücü Ali Məhkəmənin qərarına" istinad edərək, buna qəti şəkildə etirazını bildirir  və vəkilinə zəng etməyə icazə istəyir. Polis əməkdaşı isə ona zəngi maşından çıxdıqdan sonra etməyi təklif edir. Müfəttişlərdən biri avtomobilin qapısını içəridən açmağa çalışarkən qarşıdurma başlayır. Sürücü patrul polisinin əlini dişləyir, polis isə buna cavab olaraq onun saçından tutur.

Kiyev Patrul Polisi hadisənin əslində iyunun 25-də paytaxtın Darnitsa rayonunda baş verdiyini bildirib. Rəsmi məlumata görə, sürücü yol hərəkəti qaydalarını pozaraq qırmızı işıqda keçib, həmçinin onun BMW markalı avtomobilinin dövlət nömrə nişanı qismən örtülü olub.

Yoxlama zamanı məlum olub ki, kişi Ukraynanın İnzibati Xətalar Məcəlləsinin 210-cu maddəsinə əsasən hərbi xidmətdən yayınma ittihamı ilə Hərbi Qeydiyyat və Çağırış İdarəsi tərəfindən axtarışdadır.

“Onun axtarışda olduğu bildirildikdən sonra vətəndaş aqressiv davranmağa başlayıb, nalayiq ifadələr işlədib və fiziki müqavimət göstərib, o cümlədən inspektoru dişləyib”, – deyə polis açıqlama verib.

Hüquq-mühafizə orqanları həmin şəxsə qarşı fiziki güc tətbiq edərək onu saxlayıblar. Saxlanılan şəxs barəsində inzibati materiallar tərtib olunub, o cümlədən:

– saxlanılma protokolu;
– Ukrayna İnzibati Xətalar Məcəlləsinin 185-ci maddəsi üzrə protokol (polis əməkdaşına qəsdən tabe olmamaq);
– Məcəllənin 121-3-cü maddəsinin 1-ci hissəsi üzrə qərar (nömrə nişanının örtülü olması).

Bundan sonra sürücü Darnitsa Rayon Hərbi Qeydiyyat və Çağırış Mərkəzinə (hərbi komissarlığa) təhvil verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://lent.az
archiveBu xəbər 10 İyul 2025 20:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri