Colini Ukraynada müşayiət edən şəxs hərbi komissarlığa aparıldı Video
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, amerikalı məşhur aktrisa Ancelina Coli Ukraynanın Xerson şəhərinə səfər edib.
“Qafqazinfo”nun “Politico”ya istinadən məlumatına görə, aktrisanı Ukraynada müşayiət edən şəxslərdən biri Nikolayev vilayətinin hərbi komissarlığına aparılıb.
Hazırda hadisənin səbəbləri araşdırılır.
Adı açıqlanmayan həmin şəxsin Colinin mühafizəçisi, yaxud sürücüsü olması ilə bağlı xəbərlər yayılıb.
Onun buraxılması üçün aktrisanın şəxsən hərbi komissarlığa getməli olduğu bildirilir.
Bununla yanaşı, ukraynalı mənbə aktrisanın öz səfəri barədə Ukrayna hökumətini məlumatlandırmadığını açıqlayıb.
Xatırladaq ki, bu, A.Colinin Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra Ukraynaya ikinci səfəridir. Daha əvvəl, o, 2022-ci ildə Lvov şəhərinə getmişdi.
Hadisənin görüntülərini sizə təqdim edirik:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 06 Noyabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















