Polisin tapdığı 10 min manatı sahibinə qaytardı YENİLƏNİB
Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Tapılan 10000 manat vəsait sahibinə qaytarılıb.
"Unikal" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev paylaşım edib: "10000 manat itirən vətəndaş məlumatı mətbuatda oxuduqdan sonra polis əməkdaşlarına idman arenasında yaxınlaşıb. Həmin vəsait tam həcmdə aktlaşdırılaraq Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən sahibinə qaytarılıb".
"Həmin pul vəsaiti bir neçə şəxsin əməkhaqqı məvacibi olub. Jurnalist həmkarlarıma təşəkkür edirəm" - deyə o paylaşımında qeyd edib.
XXX
20:27
Bu dəqiqələrdə Səbail rayonunda olan Əl Oyunları Sarayında basketbol beynəlxalq yarışında polis əməkdaşları 10000 manat pul tapıblar.
"Unikal" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev paylaşım edib.
"Xahiş edirik pul itirən hansısa iştirakçı varsa yaxınlıqda olan polis əməkdaşlarına məlumat versinlər". - deyə müraciətdə qeyd olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 07 Yanvar 2025 21:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















