Polisin tapdığı itkin şəxs ailəsinə necə qaytarılır? RƏSMİ AÇIQLAMA
Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Son günlər sosial şəbəkələrdə itkin düşən şəxslərin ailəsinə qaytarılması ilə bağlı müzakirələr aparılır. Əsasən tapılan şəxsin ailəsinə qaytarılması prosesində onun fikrinin öyrənilməsi əsas gətirilir. Bəlkə həmin şəxs ailəsinə qayıtmaq istəmir?
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bu məsələyə aydınlıq gətirib.
E.Hacıyev bildirib ki, itkin düşmüş kimi axtarışı aparılan və polis əməkdaşları tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilən şəxslərlə bağlı gündəlik hesabat verilir:
"Bu şəxslərlə bağlı soruşulur ki, bəlkə həmin adam ailəsinə qayıtmaq istəmir, polis hansı tədbirləri görür? Polis əməkdaşları yetkinlik yaşına çatmış, yaxud digər yaş kateqoriyasında olan şəxsi heç vaxt məcburi şəkildə ailəsinə təhvil vermir. Axtarışda olan şəxs tapıldıqda, ilk növbədə onun sağlamlığı yoxlanılır, ailəsi ilə ünsiyyətdə öz iradəsi ilə olub-olmadığı müəyyən edilir.
Zorakılıq ehtimalı varsa, araşdırılır və həmin şəxs ailə mühitinə qaytarılmır, əksinə, müdafiə mexanizmləri işə düşür. Yəni məqsəd kimisə kiməsə təhvil vermək deyil, şəxsin təhlükəsizliyini təmin etməkdir. Hər kəsin iradəsinə hörmət olunur və zorakılıqla bağlı ən kiçik şübhə belə diqqətdən kənarda qalmır, qalmamalıdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 27 Noyabr 2025 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















