Icma.az
close
up
RU
Polislər: çətin və məsuliyyətli iş sahibləri

Polislər: çətin və məsuliyyətli iş sahibləri

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Gecəli-gündüzlü aşayişimizin keşiyində əzmlə dayanan, vəzifə borcunu yuxusundan, istirahətindən önəmli hesab edən, biz yuxudaykən bəzən saatlarla oyaq qalan, məsuliyyətli və çətin peşəsinə daim sevgi ilə yanaşan peşə sahibləridir, Azərbaycan polisi. Bu gün onların günündür- hamıdan əvvəl evdən çıxıb, hamıdan sonra evə gələn, gecənin yarısında olsa belə, hər bir çağırışa ildırım kimi sıçrayan, hər addımda qarşılaşdığımız polisimizin...

Gecələr hadisə baş verir. Onlar evdə deyil, iş başında olurlar. Gecə səhərədək gözlərindən yuxu qaçır. Səhəri ayaq üstündə, iş başında açırlar. Səhər açılır... İndi artıq saatlardır ki, onlar iş başındadır. Gecə növbələri artıq təhvil verilmiş, səhər işə tələsən polislər iş başına keçmişlər. İndi onlar hansısa bir əməliyyatın üzərində işləyir. Hansısa bir hadisənin üzərində təhqiqat aparır, anlizlər edirlər. Hansısa bir cinayət hadisəsinin axtarışındadırlar. Gecə səhərədək çalışıb, gözlərini yummayıb, ayaq üstündə qalıblar. Lakin səhər yeni iş günü həmin hadisələr haqqında hesabat vermək üçün məlumatlıdır, bizim polisimiz.

Budur, artıq bizlər də evdən çıxırıq, hər birimiz öz işimizin ardınca gedirik. Küçədə, metroda, inzibati binaların qarşısında polislərlə qarşılaşırıq. Tanımadığımız ünvanları hər an soruşduğumuz, xoş üzlə, ətraflı cavab aldığımız bizim polislərlə. Onlar artıq saatlardır ki, iş başındadır. Yolda qarşılaşırıq, yaşlı bir insanın qolundan tutub yolu keçməsinə köməklik göstərirlər. Kiminsə sualına cavab verir, azyaşlı bir uşağa kömək edirlər. Parkda, küçədə hər kəsin arasındadır bizim polisimiz: asayişi qoruyurlar. Ayaq üstədirlər, gəzişir, ətrafa göz gəzdirirlər, sanki bu nəzərlər ətrafa bir sakitlik bəxş edir.

Geyindikləri uniforma səliqəsi, özünəməxsusluğu ilə diqqəti cəlb edir, bizim polisimizin. Fərqliliyi ilə Azərbaycan polisinin obrazını formalaşdırır təxəyyüllərdə. Bu geyimlə sovet dövründəki Azərbaycan polisinin geyimi müqayisə olunmayan dərəcədədir. Bu geyimlər müstəqil ölkəmizə məxsusluğu ilə adama böyük qürur bəxş edir.

Müstəqillik illərində nəinki onların geyimləri, polislərin çalışdığı inzibati binalar da tamamilə müasirləşdirilib. Ən ucqar rayonlarda, kəndlərdə belə polis şöbələri, məntəqələri yeniləşdirilib. Onların təhsili dövlətimizin diqqətində saxlanılan vacib məsələlərdən biri kimi ötən illərdə bu sahə üzrə ali təhsil ocaqlarının yenidən qurulması, müasir təchizatı ilə nəticələnib.

Bütün bu düşüncələr Azərbaycan polisinin tarixinə də bir nəzər salınmasını tələb edir. 108 il əvvəl yaradılan Daxili İşlər Nazirliyi bu bir əsrdən artıq dövrün 70 ilini sovet imperiyasının buxovları çərçivəsində fəaliyyət göstərsə də, öz coğrafiyamıza, mentalitetimizə uyğun xüsusiyyətlərini qoruyub saxlayıb. Sovet imperiyasının əlimizdən almaq istədiyi, lakin nail ola bilmədiyi bir çox məqamlar kimi, polisimiz də bu xalqa, Vətənə sadiqlik nümunəsinə çevrilib.

Azərbaycan polisi Ümummilli Liderimiz Heydər Əliyevin ölkəmizdə hakimiyyətdə olduğu hər iki dövrdə təməlini qoyduğu müasir inkişaf strategiyası ilə həm 1970-ci illərdə, həm də müstəqilliyimizin bərpasından ötən illərdə inkişaf dövrünü yaşayıb, artıq bu gün güclü bir orqana çevrilib. Sağlam cəmiyyətin formalaşmasında hüququn, qanunun və qanunun keşiyində duran insanların olmasının vacibliyini bilən Ulu Öndərin ölkədə və eləcə də xaricdə təhsil alan savadlı milli hüquqşünas kadrların hazırlığına diqqət artırması sonrakı illərdə öz bəhrəsini verdi. 1973-cü ildə Bakıda şəxsi prinsipiallığı və əzmkarlığı ilə İttifaq hökumətinə təsir edərək Naxçıvanski adına hərbi liseyin yaradılmasına nail olan Heydər Əliyev bu sahədə, demək olar ki, ən böyük fundamental təhsil kompleksinin əsasını qoydu. 1921-ci ilin sentyabrın 28-də Bakı Milis Məktəbi kimi təsis edilən, 1957-ci il fevralın 23-də Bakı Xüsusi Orta Milis Məktəbi kimi fəaliyyətini davam etdirən bu təhsil müəssisəsinin bazasında 1992-ci il mayın 23-də Azərbaycan Polis Akademiyası yaradıldı. Bu ali təhsil müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi və yüksək peşəkar milli polis kadrlarının hazırlanması istiqamətində əldə edilən nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan polisinin inkişafı naminə atdığı ən böyük addımlardan biri idi.

Dövlətimizin başçısı cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi ötən illərdə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində hüquqi-demokratik islahatların bazası daha da genişləndirildi və zənginləşdirildi. Bu, hüquq- mühafizə sistemində, habelə polis orqanlarında çalışanların qarşısına yeni və mühüm vəzifələr qoymaqla yanaşı, onların məsuliyyətini daha da artırır və bu şərəfli peşədə çalışmaq üçün hər bir polis əməkdaşına stimul verir.

Polisin inkişaf mərhələləri bir-bir göz önündən keçdikcə, onların həm Birinci, həm də İkinci Vətən müharibəsindəki, pandemiya dövründəki fəaliyyətlərini də xatırladır. Torpaqlarımızın azad olunmasında Daxili İşlər Orqanlarının əməkdaşlarının misilsiz əməyi olmuşdur. Pandemiya dövründə gözəgörünməz düşmənlə mübarizədə isə polisin zəhməti ölçüyəgəlməzdir.

Bütün dövrlərdə, bütün hadisələrdə bizim polisin əməyi, zəhməti var. Onlar cəmiyyətimizin sakitliyi, dinc yaşayışımız, əmin-amanlığımızdır. İstənilən bir hadisədə polis bizim ədalət carçımızdır. Biz onların araşdırmalarında, təhqiqatlarında haqlı və ya haqsız tərəflər olduğumuzu bir daha dərk edirik.

Beləliklə, günlər həftələrə, həftələr aylara, aylarsa illərə öz yerini təhvil verir. Qış olur, hava soyuyur, payız-yaz yağışları yağır, yay gəlir, havalar isinir. Bütün hava şəraitində bizim polisimiz yenə də öz iş qaydaları, prinsipləri ilə çalışır, vəzifə borclarını ləyaqətlə yerinə yetirir. Onlar daim tələsir. Heç bir hava şəraiti, digər başqa işlər bu tələsmələrin qarşısını ala bilmir. Çünki onlar işlərindəki məsuliyyətə alışıb. Bu səbəbdən də tələsməli, hər kəsdən əvvəl oyanmalıdırlar. Bizlər isə işə gedəndə, şəhərə çıxanda onları saatlar öncə iş başında görməyə alışmışıq...

Bir səhərin axşamı yaxınlaşır... Saatın əqrəbləri 18-i, 19-u, 20-ni, 21-i göstərir... Bu peşə sahiblərini evlərdə xüsusi bir saatda gözləmək mənasızdır. Çünki onların evə gəlmə saatları bəlli deyil. Polisdir onlar. Ailə üzvləri şam yeməyində də, istirahət saatlarında da onları görməyə bilir. Çünki bizim polisimiz hadisələrlə işləyir. Hadisələrin isə vaxtı, zamanı bilinmir, hadisələr hər an baş verir. Polislər isə o hadisələrin ardınca iş vaxtından sonra da iş başındadır. Ona görə də polis anaları, yoldaşları, bacıları, övladları onların evə qayıtma saatlarını müəyyən edə bilmir. Onlar bilir ki, hadisə yoxdursa, ataları, qardaşları, həyat yoldaşları, övladları evə vaxtında gələcək. Hadisə varsa, onlar gecikir...

Polis peşəsi, polis həyatı, polis ömrü,... Ötən günlərin hadisələri, cinayətləri formalaşdırır bu həyatı... Hər iş günü ötdükcə ömür yaradır. Hər məsuliyyətli iş günü bu peşənin sirlərindən söhbət açır, bir polisin yetişməsinə səbəb olur.

Beləliklə, illər sıravi bir polis əməkdaşını vəzifələrdən vəzifələrə, rütbələrdən rütbələrə yüksəldir. Bu çətin və şərəfli peşənin sahibləri Vətənə, xalqa xidmət etmək missiyası ilə bir ömür yaşayırlar. Onların həyat yoldaşları da, övladları da bu peşənin həm çətinliyinin, həm də məsuliyyətinin bələdçilərinə çevrilir, bütövlükdə bir ailə polis ömrünü, polis həyatını yaşayır...

Bəli, yaşayır, yaşadıqca da qürur duyur: həyat yoldaşı, qardaşı, bacısı, övladı ilə. Çünki onlar bizim polislərdir. Həmişə qürur duyduğumuz, fəxr etdiyimiz peşənin sahibləridir. Bu yazıda onlardan- bizim polislərdən söhbət açmaqla Polis Günü münasibətilə ölkəmizdə fəaliyyət göstərən polislərin zəhmətindən, peşələrinin ağır və şərəfindən danışmaq, onların hər birini bayramları münasibətilə təbrik etmək istədim.

Bayramınız mübarək, əziz polislər! Sizinlə qürur duyuruq. Vətənimizin, cəmiyyətimizin həyatımızın sakitliyini, dincliyini, əmin-amanlığını qoruduğunuz üçün var olun. Bizsə hər zaman sizdən-polislərdən danışaq: qürurla, fəxarətlə...

Mətanət Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 İyul 2026 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni danışıqlara başladılar

29 Sentyabr 2026 06:44see150

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see148

Çəngəl bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır

29 Sentyabr 2026 04:04see145

İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş

29 Sentyabr 2026 06:08see142

Totti 2006 cı il dünya çempionatının həyatındakı rolundan danışdı

29 Sentyabr 2026 05:19see142

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Demnadan Milanda yeni Gucci kolleksiyası (FOTO)

29 Sentyabr 2026 08:15see139

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

Jezuş Ronaldunun oyun vaxtı ilə bağlı razılaşmasını pozdu

29 Sentyabr 2026 07:34see137

“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29 Sentyabr 2026 08:52see137

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see136

“Qızıl top” uğrunda mübarizədə gözlənilməz dəyişiklik

29 Sentyabr 2026 08:23see136

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see136

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see135

Aİ Slovakiyaya Ukraynaya verilən silahlara görə 105 milyon avro ödəyəcək

29 Sentyabr 2026 03:43see135

“Ola bilər ki, kimlərsə məndən narazılıq edir” (MÜSAHİBƏ)

29 Sentyabr 2026 08:10see134

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see134

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

29 Sentyabr 2026 12:06see133

Qızıl alanlara ŞAD XƏBƏR VİDEO

29 Sentyabr 2026 09:29see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri