Icma.az
close
up
RU
Politico: “ABŞ Brüsselə misilsiz təzyiq göstərir”

Politico: “ABŞ Brüsselə misilsiz təzyiq göstərir”

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, “Politico” nəşrinin məlumatına görə, dondurulmuş Rusiya aktivlərinin Ukraynanı maliyyələşdirmək üçün istifadəsi müstəvisində yaranan mübahisə Avropa İttifaqı (Aİ) daxilində yeni dünya düzəninə və Vaşinqtonun təzyiqinə necə cavab veriləcəyi ilə bağlı dərin ixtilafı üzə çıxarıb.
“Onlar bizi zəiflətmək istəyirlər”, - Aİ-nin məsələdən hali olan yüksək vəzifəli məmuru nəşrə deyib.
Bu həftə Avropa Şurası (AŞ) iki problemi həll etməlidir: Ukraynanın maliyyələşdirilməsində nəzərəçarpacaq nəticələrə nail olmaq və eyni zamanda Aİ-ni Ağ Evin Avropa siyasətinə təsir etmək cəhdlərindən qorumaq. Almaniya kansleri Fridrix Merts Ukraynanın maliyyələşdirilməsi ilə bağlı razılığa gələ bilməyəcəyi tərzdə, Aİ-nin uzun illər ərzində ciddi şəkildə zədələnəcəyi barədə xəbərdalıq edib.
Müzakirələrdə iştirak edən dörd Aİ məmurunun iddiasına görə, ABŞ prezidenti Donald Tramp administrasiyasının rəsmiləri Rusiyanın dondurulmuş 210 milyard avroluq aktivlərinin Ukraynaya dəstək məqsədilə istifadəsi planını rədd etmələri üçün Avropa hökumətlərinə təzyiq göstərib.
- Oktyabr ayında Aİ liderləri Brüsseldə görüşəndə Belçika buna qarşı çıxdığı üçün dondurulmuş vəsaitlə bağlı razılığa gələ bilmədilər. İki ay sonra məlum oldu ki, Aİ-nin problemi əslində Belçika deyil, Trampdır”, - qəzet yazır.
The Times: “Aİ iki həftə ərzində qərar verəcək” Ovaxtdan bəri Avropa Komissiyası (AK) və Avropanın aparıcı ölkələri Belçikanın baş naziri Bart de Veveri “təzminat krediti”ni dəstəkləməyə razı salmağa çalışırlar. Rusiyanın dondurulmuş aktivlərinin əsas hissəsi Belçikada yerləşdirildiyindən de Veverin mövqeyi həlledici rol oynayır.
“Politico” bildirir ki, son bir həftə ərzində danışıqlar kəskin intensivləşib, lakin Aİ-nin yüksək rütbəli məmurlarından biri razılaşmanın şanslarının “yaxşılaşmadığını, əksinə pisləşdiyini” etiraf edib. Həmin məmur sammitdən əvvəl Brüsseldə keçirilən Aİ nazirlərinin toplantısındakı atmosferi təsvir edərkən “ağlamaq istəyirdim” ifadəsini işlədib.
“Politico” Kiyevə təcili pul lazım olduğuna diqqət çəkir: 2026-cı ildə ölkə 71,7 milyard avro məbləğində büdcə kəsiri ilə üzləşə bilər.
- Gələn ilin aprel ayına qədər maliyyələşməyə başlanmasa, Ukrayna dövlət xərclərini azalmalı olacaq ki, bu da mənəvi gücü və ölkənin özünü müdafiə etmək qabiliyyətini sarsıda bilər”, - “Politico” vurğulayır.
Xatırladaq ki, dekabrın 12-də Aİ Şurası Rusiyanın suveren aktivlərinin həmişəlik dondurulması barədə qərar qəbul edib. AK dekabrın 18-19-da keçiriləcək sammitdə Aİ ölkələrinin 210 milyard avroluq Rusiya aktivlərinin müsadirəsi barədə təşəbbüsünün qəbul olunacağına ümidlidir. Həmin vəsaitin 185 milyard avrosu Belçikadakı “Euroclear” depozitarisində bloklanıb.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://azvision.az
archiveBu xəbər 17 Dekabr 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri