Icma.az
close
up
RU
Politico: “Münhendə sərt ABŞ Avropa toqquşması”

Politico: “Münhendə sərt ABŞ Avropa toqquşması”

Icma.az, Azvision portalına istinadən məlumat verir.

AzVision.az xəbər verir ki, Politico nəşrinin məlumatına görə, əsas müzakirə mövzuları arasında ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı “Sülh Şurası” yaradılması təşəbbüsü və Vaşinqtonun müttəfiqlərinə qarşı mövqeyi yer alıb.
“Birləşmiş Ştatlara gərəkdir ki, Avropa “fövqəlgüc” olsun və hərbi münaqişə zamanı güclü müttəfiq kimi çıxış edə bilsin. Bu gün blokun birinci prioriteti Avropanın Ukraynada başlayan müdafiəsidir”, – xanım Kallas deyib.
Avropa İttifaqı (Aİ) diplomatiyası rəhbərinin bəyanatı Uoltsun Avropanı illərlə aşağı səviyyəli müdafiə xərclərinə görə hərəkətsizlikdə ittiham etməsindən sonra səslənib.
“Sülh Şurası”nı da tənqid edən Kaya Kallas onu hakimiyyət balansı olmayan struktur kimi qiymətləndirib.
- Avropa diplomatiyası rəhbərinin fikrincə, “Sülh Şurası” Trampın şəxsi alətidir və bu, onu fələstinlilər və ya Birləşmiş Millətlər (BMT) qarşısında hər hansı məsuliyyətdən azad edir”, – Böyük Britaniyanın The Guardian nəşri yazır.
Mayk Uolts isə, öz növbəsində, Fələstinin “HƏMAS” qrupunun Qəzzaya nəzarət etdiyi sonsuz müharibə ilə mövcud status-kvonun pozulmalı olduğunu bildirib. Onun sözlərinə görə, bəzi ölkələr “BMT sistemi vasitəsilə yenidənqurma üçün milyardlarla dollar ayırmağa hazır deyil”.
The Guardian Kallasla ABŞ-nin BMT-dəki səfiri arasında müzakirəni “şiddətli deyişmə” kimi qiymətləndirib.
Aİ diplomatiyasının rəhbəri, həmçinin “vəziyyəti sakitləşdirmək” üzrə konfransdan sonra Politico tərəfindən təsis edilən “nominasiyalardan” birini də qazanıb. O, Vaşinqtonun bir neçə müharibəni bitirməsi ilə bağlı Uoltsun sözlərinə reaksiyasına görə “ən pis poker siması” mükafatına layiq görülüb.
Bununla bağlı “skeptisizmini gizlədə bilməyən” Kaya Kallas "yanaqlarını sıxıb və dodaqlarını büzüb". Onun üz ifadəsi Avropanın ABŞ-yə qarşı qıcığının simvoluna çevrildi. Almaniya kansleri Fridrix Merzin sözlərinə görə, “Avropa ilə ABŞ arasında uçurum, dərin çat yaranıb”.
Aİ diplomatiyasının rəhbəri Uolts konfrans iştirakçılarına üzərində “BMT-ni yenidən möhtəşəm edək” yazısı olan mavi beysbol kepkası təqdim edərkən ona təşəkkür də etməyib.
Bundan əvvəl isə Almaniya Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun (SWP) politoloqu Pia Furhop vurğulamışdı ki, ABŞ dövlət katibi Marko Rubionun konfransdakı çıxışı nəzakətli olsa da, o, Avropanı MAGA (Make America Great Again) mentallığına cəlb etməyə çalışıb.
“Rubionun əməkdaşlığa çağırışı əslində zəhərli hədiyyə idi”, – analitik iddia edib.
Kallas–Uolts deyişməsindən əlavə, Politico ikinci ən böyük “döyüş”ə – Polşanın xarici işlər naziri Radoslav Sikorski ilə Çexiyanın baş nazirinin müavini Petr Matsinka arasındakı mübahisəyə diqqət çəkib.
Avtomobilçilər Partiyasının təmsilçisi Matsinka Aİ-ni qeyri-demokratik olmaqda günahlandıraraq, seçicilərlə Brüssel qurumları arasında heç bir əlaqənin olmadığını iddia edib. Sikorski isə buna cavab olaraq Avropa Parlamentinin demokratik yolla seçildiyini, komissarların isə “demokratik yolla seçilmiş hökumətlər” tərəfindən təyin edildiyini diqqətə çatdırıb. Polşalı nazir həmçinin xatırladıb ki, Aİ komissarları kimi Çexiyanın nazirləri də birbaşa seçilmir.
“Ən nəzərə çarpan fikir ayrılığı” konfransda iştirak etməyən, lakin “Corriere della Sera” nəşrinə müsahibəsində Almaniya kansleri Fridrix Mertsin “MAGA hərəkatının mədəniyyət müharibəsi”nin Avropa mənşəli olmadığına dair iddiası ilə razılaşmayan İtaliyanın Baş naziri Corca Melonidən gəlib.
- Münhen Təhlükəsizlik Konfransında iştirak etmək əvəzinə, Meloni Afrikaya diplomatik səfərə yollanıb. Onun konfransda yoxluğu Avropanın müdafiəsində əsl gücün harada olduğunu xatırladıb”, – Politico vurğulayır.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://azvision.az
archiveBu xəbər 16 Fevral 2026 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri