Icma.az
close
up
RU
Politico: “Ukraynaya qoşun göndərilməsi çətin olacaq” VİDEO

Politico: “Ukraynaya qoşun göndərilməsi çətin olacaq” VİDEO

Icma.az bildirir, Azvision portalına istinadən.

AzVision.az xəbər verir ki, adı çakilməyən avropalı diplomata istinad edən “Politico” nəşri belə məlumat yayıb.
“Fransa prezidenti Emmanuel Makronun və Böyük Britaniyanın baş naziri Kir Starmerin siyasi zəifliyini nəzərə alsaq, Ukraynaya qoşun yeritmək planının necə həyata keçiriləcəyini təsəvvür etmək çətindir. Hazırda İqtisadi baxımdan da çətin dövrlərdir”, - qəzetdə dərc olunan materialda deyilir.
Фvqustun 18-də ABŞ prezidenti Donald Tramp Ağ Evdə ukraynalı həmkarı Volodimir Zelenski ilə ikitərəfli danışıqlardan sonra bir sıra Avropa liderləri də bu görüşə qoşulub. Onlar Vaşinqtonla koordinasiyalı şəkildə Avropa İttifaqı (Aİ) ölkələrinin Ukrayna üçün təhlükəsizlik təminatları barədə müzakirələr aparıblar.
Daha sonra Donald Tramp Fransa, Almaniya və Böyük Britaniyanın Ukraynaya qoşun yeritmək istədiklərini bildirib. Bununla belə, Ağ Ev rəhbəri orada Amerika hərbçilərinin olmayacağına diqqət çəkib.
Ben Hoces: “Ukraynanın təhlükəsizliyi üçün minlərlə əsgər lazımdır” “Bloomberg” agentliyinin məlumatına görə, artıq 10-a yaxın ölkə Ukraynaya silahlı qüvvələr göndərməyə hazır olduqlarını bildirib. Bundan əvvəl KİV-lər Kiyev üçün mümkün təhlükəsizlik təminatlarının Ukrayna ordusunun gücləndirilməsinə yönəldiyini yazıb. Eyni zamanda, onların məqsədi gələcək sülh sazişi çərçivəsində Rusiyanın Ukrayna ordusunun sayını məhdudlaşdırmaq tələblərindən yayınmaqdır.
Bu arada “Politico” nəşri adı çəkilməyən polşalı məmura istinadən yazıb ki, Varşava öz hərbçilərinin Ukraynaya göndərilməsini istisna edib. Polşa hökuməti bunu öz hərbi gücünün zəiflədilə bilməsi ilə əsaslandırıb.
- Varşava hazırda Avropa İttifaqına (Aİ) üzv ölkələr arasında ən böyük orduya malikdir. PolşaUkraynaya qoşun göndərməkdən imtina edib, lakin şərqdə istənilən missiya üçün logistika təminatına kömək edəcəyini bildirib”, - məqalədə qeyd olunur.
Xatırladaq ki, bundan əvvəl Avropadakı ABŞ qoşunlarının keçmiş Komandanı, istefada olan general Ben Hoces bildirib ki, təhlükəsizliyi təmin etmək üçün Ukraynaya hərbi personaldan ibarət “çoxminlik kontingent” lazımdır, əks halda bütün deyilənlərin hamısı “boş söz” olacaq.
Lakin Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın sərhədlərinə xarici qoşunların yerləşdirilməsinin Moskva üçün qəbuledilməz olduğunu bildirib. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da bəyan edib ki, Moskva bu məsələdə güzəştə getmək imkanını görmür.

Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://azvision.az
archiveBu xəbər 20 Avqust 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri