Icma.az
close
up
RU
Politico: “Ukraynaya kreditin əsas təminatçısı Almaniya olacaq”

Politico: “Ukraynaya kreditin əsas təminatçısı Almaniya olacaq”

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

AzVision.az xəbər verir ki, “Politico” nəşrinin məlumatına görə, söhbət Almaniyanın üzərinə düşəcək 52 milyard avrodan gedir.
“Avropa İttifaqı (Aİ) ölkələri Kiyevə 210 milyard avroya qədər fərdi dövlət zəmanəti vermək istəyir ki, bunun da 52 milyardını Almaniya təmin edəcək. Yalnız Rusiya kompensasiya verəcəyi təqdirdə Kiyevin bu krediti ödəyəcəyi gözlənilir. Avropa Komissiyası (AK) bu hesablamaları Ukraynaya 165 milyard avroluq “təzminat” kreditinin ayrılması planını açıqladıqdan sonra diplomatlarla görüşdə təqdim edib”, - qəzet yazır.
Lakin bu mexanizm hələ Belçikanın baş naziri Bart de Veverlə razılaşdırılmalıdır. Vever isə Brüsselin hər hansı potensial, o cümlədən hüquqi iddialara görə Moskvaya təzminat ödəməli olacağı riski təhlükəsi səbəbindən buna qarşı çıxır.
Politico: “ABŞ Rusiyanın pullarını geri qaytaracaq” Dekabrın 18-də Aİ liderləri Bart De Veveri milli fondlar əvəzinə Rusiya aktivlərindən istifadəni dəstəkləməyə inandırmalı olacaqlar.
- Keçən həftə Almaniya kansleri Fridrix Merts Brüsselə səfəri zamanı Berlinin ümumi “təzminat” kreditinin 25%-ni öz üzərinə götürməyə hazır olduğuna Belçikanın baş nazirini şəxsən əmin edib”, - nəşr vurğulayır.
“Politico” yazır ki, bəzi Aİ ölkələri, məsələn, Macarıstan proqramda iştirakdan imtina edərlərsə, qalan ölkələrin təminat payı artırıla bilər. AK həmçinin Aİ üzvü olmayan ölkələrin bəzi öhdəlikləri öz üzərinə götürməsinə icazə verir, lakin əvvəllər potensial iştirakçı hesab sayılan Norveç artıq bu ideyadan uzaqlaşıb.
Dekabrın 3-də AK Ukrayna üçün iki maliyyə variantını, o cümlədən Rusiyanın aktivləri hesabına maliyyələşdirilən “reparasiya krediti”ni təsdiqləyib. Qərar “ixtisaslı səs çoxluğu” tərəfindən təsdiqlənməlidir və Aİ-nin bütün üzv dövlətlərinin razılığı tələb olunmur.
Alternativ variant kimi AK Kiyevə Aİ büdcəsindən borc götürməklə kredit verməyi təklif etsə də, Macarıstan bu planı bloklayıb.
Rusiyanın dondurulmuş aktivlərinin ən çox hissəsinin saxlandığı Belçikanın “Euroclear” maliyyə qurumu, Beynəlxalq Valyuta Fondu (BVF) və Avropa Mərkəzi Bankı (AMB) da həmin vəsaitlərin müsadirəsinə qarşı çıxıb. AMB-nin rəhbəri Kristin Laqard bildirib ki, bu addımın hüquqi və maliyyə əsaslandırılmasının heç də inandırıcı görünmür.
Xatırladaq ki, bir həftə əvəvl iki yüksək vəzifəli diplomata istinad edən “Politico” nəşri Donald Tramp administrasiyasının Rusiya-Ukrayna müharibəsi ilə bağlı sülh razılaşması əldə olunarsa, dondurulmuş Moskvanın dondurulmuş aktivlərini qaytarmağı planlaşdırdığını yazmışdı.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://azvision.az
archiveBu xəbər 08 Dekabr 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see257

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see227

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see225

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see214

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see206

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see199

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see175

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see162

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see153

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see151

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see150

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri