Icma.az
close
up
RU
Politoloq: Avropa Siyasi Birliyi qitədə əməkdaşlığın yeni modelini formalaşdırır

Politoloq: Avropa Siyasi Birliyi qitədə əməkdaşlığın yeni modelini formalaşdırır

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

“Avropa Siyasi Birliyi (EPC) Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı hücumundan sonra yaranan geosiyasi böhran fonunda formalaşıb”. 
Bu sözləri Demokrat.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov deyib.
O əlavə edib ki, bu təşəbbüs Avropa İttifaqı (Aİ) ilə onun hüdudlarından kənarda olan, Avropa dəyərlərini bölüşən ölkələr arasında siyasi dialoqu gücləndirməyi hədəfləyir:
“EPC-nin məqsədi təhlükəsizlik, enerji, infrastruktur və miqrasiya kimi sahələrdə əməkdaşlığı inkişaf etdirməkdir. Bu birlik Aİ-yə alternativ deyil, dialoq və əməkdaşlıq platformasıdır. EPC ideyası 2022-ci il mayın 9-da Strasburqda irəli sürülüb. Təşəbbüs Avropada ümumi dəyərləri paylaşan, lakin Aİ-yə üzv olmayan ölkələri bir araya gətirir. İlk sammit 2022-ci il oktyabrın 6-da Praqada keçirilib. Praqa görüşündə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı və sülh prosesi yeni mərhələyə keçdi. Sonrakı sammitlər Moldova, İspaniya, Böyük Britaniya, Macarıstan, Albaniya və Danimarkada baş tutub. 2025-ci ilin oktyabrında keçirilən Kopenhagen sammitində Prezident İlham Əliyev mühüm görüşlər keçirib. O, Moldova Prezidenti Maya Sandu ilə enerji əməkdaşlığı barədə danışıb. Ermənistanın baş naziri Nikol Paşinyanla sülh prosesi və nəqliyyat əlaqələri müzakirə olunub. Aİ liderləri Antonio Koşta və Ursula Fon der Lyayen Əliyevi sülh nailiyyətlərinə görə təbrik ediblər. Görüşlərdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu vurğulanıb. İlham Əliyev Azərbaycanın 10 Avropa ölkəsinə qaz ixrac etdiyini qeyd edib. O, həmçinin Orta Dəhlizin inkişafında Azərbaycanın əhəmiyyətini bildirib. Prezidentin İtaliya, Niderland, Fransa və Ukrayna liderləri ilə görüşləri diqqət çəkib. Fransa və Niderlandla münasibətlərdə yeni mərhələ başlayıb. Vaşinqton Bəyannaməsindən sonra Avropada Azərbaycana münasibət müsbət istiqamətdə dəyişib. EPC sammiti Azərbaycanın sülh və əməkdaşlıq mövqeyini nümayiş etdirdi. 2026-cı ildə növbəti sammitin İrəvanda keçirilməsi planlaşdırılır. Bu, Paşinyanın seçki öncəsi siyasi mövqeyini gücləndirəcək. 2028-ci ildə isə sammitin Bakıda keçirilməsi nəzərdə tutulur. Həmin vaxta qədər Ermənistanın Konstitusiyasında dəyişiklik ediləcəyi və sülh müqaviləsinin imzalanacağı gözlənilir. Bu proses Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına səbəb olacaq”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Oktyabr 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see142

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see141

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see124

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri