Politoloq: “Azərbaycan Avropanın enerji xəritəsində strateji oyunçuya çevrilir”
Demokrat.az saytına istinadən Icma.az xəbər verir.
“Azərbaycan, Rusiya-Ukrayna müharibəsi başlanandan sonra Avropa üçün xüsusi önəm kəsb edən ölkə halına gəlib. Bu müharibə Avropanı ciddi təhlükələr qarşısında qoyub və enerji sahəsindəki rus asılılığının nə qədər böyük olduğunu üzə çıxarıb. Rusiya faktiki olaraq imperialist və ekspansionist addımlarını enerji siyasəti vasitəsilə Avropaya təzyiq göstərmək üçün istifadə etməyə çalışırdı”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
O, bildirib ki, buna görə də Avropa ölkələri, xüsusən ABŞ-ın təzyiqləri ilə, alternativ enerji mənbələrinə fokuslanmağa başladı:
"Bu baxımdan, Azərbaycanın rolu önəmli olub. Ölkə 30 illik işğal dövründə daxili potensialı, resursları və maliyyəsi hesabına TANAP və TAP layihələri kimi iki böyük enerji layihəsini həyata keçirib. Bu layihələr Azərbaycan qazının Avropaya nəqlini təmin etməklə Avropanın enerji infrastrukturunu genişləndirməyə və enerji resurslarının diversifikasiyasını artırmağa xidmət edir".
Politoloq bildirib ki, lakin, Azərbaycan təkbaşına Rusiya qazına olan asılılığı aradan qaldıra bilməz:
"Bu məqsədlə ölkə digər regionlarla, məsələn, İraq Kürdistanı, Suriya və Mərkəzi Asiya ölkələri ilə enerji əməkdaşlığını gücləndirib. Azərbaycanın bu ölkələrlə təmasları neft və qazın Avropa bazarına çıxışını təmin etmək, yeni layihələr həyata keçirmək və mövcud layihələrin ötürücü qabiliyyətini artırmaq məqsədini daşıyır".
Onun sözlərinə görə, bu addımlar həm Azərbaycanın iqtisadi imkanlarını, həm siyasi nüfuzunu, həm də beynəlxalq imicini gücləndirir:
"Yeni layihələr və əməkdaşlıqlar həm investisiya cəlb etməyə, həm də Azərbaycanı regionda enerji tranziti baxımından strateji önəmli ölkəyə çevirməyə xidmət edir".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Azərbaycan Avropanın etibarlı tərəfdaşına çevrilir
13 Mart 2025 13:00
Azərbaycan qlobal oyunçuya çevrilir
13 Oktyabr 2025 07:43
Deputat: “Azərbaycan Fars körfəzində mühüm strateji oyunçuya çevrilir”
15 Yanvar 2025 11:49
Zəngilan logistika xəritəsində qlobal oyunçuya çevrilir TƏHLİL
29 Oktyabr 2025 11:24
Portuqaliya Avropanın liderinə çevrilir
20 Mart 2025 11:28
Baxış sayı:36
Bu xəbər 26 Noyabr 2025 16:58 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları