Icma.az
close
up
RU
Azərbaycan yaşıl enerji xəritəsində strateji mərkəzə çevrilir Deputat

Azərbaycan yaşıl enerji xəritəsində strateji mərkəzə çevrilir Deputat

Olke.az saytına istinadən Icma.az xəbər verir.

“Azərbaycanın enerji siyasətində bərpa olunan enerji mənbələrinin inkişafı artıq alternativ yox, strateji prioritetdir. Bu istiqamətdə atılan addımlar həm milli enerji təhlükəsizliyini möhkəmləndirir, həm də ölkəmizi regional və qlobal enerji əməkdaşlığında əsas oyunçulardan birinə çevirir”.

Bunu Ölkə.Az-a açıqlamasında deputat Pərvanə Vəliyeva bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin 8 yanvar 2026-cı ildə “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının açılışında səsləndirdiyi fikirlər Azərbaycanın enerji strategiyasının real nəticələr verdiyini göstərir. Onun sözlərinə görə, 240 meqavat gücə malik bu stansiya ölkənin enerji potensialını əhəmiyyətli dərəcədə artırır və bərpa olunan enerji sahəsində mühüm mərhələ hesab olunur.

Pərvanə Vəliyeva xatırladıb ki, stansiyanın təməli 2022-ci ildə qoyulub və bu layihə “ACWA Power” şirkətinin Azərbaycanda inşa etdiyi ilk bərpa olunan enerji obyektidir. Bu fakt xarici investorların ölkəmizin yaşıl enerji sektoruna artan marağının göstəricisidir.

Deputat vurğulayıb ki, son 20 ildə Azərbaycanın enerji sistemində ciddi modernləşmə aparılıb və generasiya gücü üç dəfə artırılıb. Hazırda ölkənin ümumi generasiya gücü 10 min meqavata çatır ki, bu da enerji təhlükəsizliyini tam təmin etməyə imkan verir. Bu çərçivədə Mingəçevirdə yeni elektrik stansiyasının istismara verilməsi, Cəbrayıl rayonunda isə üç günəş elektrik stansiyasının tikintisinin davam etməsi mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, Azərbaycanın bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, Xəzər dənizi akvatoriyasında isə 157 QVt təşkil edir. İqtisadi potensialın isə 27 QVt səviyyəsində qiymətləndirilməsi bu sahənin gələcək inkişaf imkanlarını aydın göstərir. Hazırda ölkədə 3 yaşıl enerji zonası mövcuddur və 4 yaşıl enerji dəhlizi üzərində iş aparılır ki, bu layihələr Azərbaycanın Avropaya yaşıl enerji ixracını hədəfləyir.

Deputat bildirib ki, bərpa olunan enerjinin inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasətinin əsas prioritetlərindəndir və bu sahədə hüquqi baza ardıcıl şəkildə təkmilləşdirilib. 2019-cu il 29 may tarixli Sərəncamla enerji bazarında liberallaşma, rəqabətin artırılması və yaşıl enerjiyə keçid üçün hüquqi əsaslar formalaşdırılıb. “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanun isə investisiya və təşviq mexanizmlərini aydın şəkildə müəyyənləşdirir.

Pərvanə Vəliyeva diqqətə çatdırıb ki, dövlətin satınalma öhdəliyi ilə fəaliyyət göstərən bərpa olunan enerji layihələri çərçivəsində sahibkarlar 30 ilə qədər əmlak və torpaq vergisindən azad olunurlar. Bu yanaşma yaşıl enerji sahəsinə sərmayə qoyuluşunu stimullaşdırır. Bundan əlavə, 2026-cı il yanvarın 1-dən qeyri-rezident müəssisələrin ödədiyi dividendlərə 5 faiz vergi dərəcəsinin tətbiqi investisiya mühitinin daha da yaxşılaşdırılmasına xidmət edir.

Deputatın sözlərinə görə, hazırda ölkədə 10-a yaxın günəş elektrik stansiyası layihəsi mövcuddur. İşğaldan azad edilmiş ərazilərdə isə 1500-dən çox fərdi yaşayış evi və ictimai binada ümumi gücü 5 MVt-dan artıq olan günəş panelləri quraşdırılıb. Eyni zamanda həmin ərazilərdə 307 MVt gücündə 38 su elektrik stansiyası istismar olunur, Cəbrayıl rayonunda “Şəfəq”, “Üfüq” və “Şəms” GES layihələri həyata keçirilir.

Pərvanə Vəliyeva innovativ yanaşmalardan da danışaraq, üzən günəş panelləri layihəsini xüsusi qeyd edib. O bildirib ki, 2024-cü ilin 29 iyulunda Böyükşor gölündə 100 kVt gücündə fotovoltaik sistemin istismara verilməsi bu sahədə yeni imkanlar açır və gələcəkdə su hövzələri üzərində iri layihələrin reallaşdırılması üçün əsas yaradır.

Deputat vurğulayıb ki, Azərbaycan artıq regionun enerji “hub”ına çevrilməkdədir və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən mühüm körpü rolunu oynayır. Azərbaycan–Qazaxıstan–Özbəkistan yaşıl enerji layihəsinin işə düşməsi ilə ölkəmiz Mərkəzi Asiyadan Avropaya “təmiz enerji” ötürülməsində açar mövqeyə sahib olacaq.

Sonda Pərvanə Vəliyeva qeyd edib ki, COP29 çərçivəsində Azərbaycanın irəli sürdüyü Qlobal Enerji Saxlama və Şəbəkələr Vədi, Yaşıl Enerji Zonaları və Dəhlizləri təşəbbüsü və Hidrogen Bəyannaməsi ölkəmizin qlobal enerji keçidinə verdiyi töhfənin bariz nümunəsidir. Onun sözlərinə görə, bu təşəbbüslər Azərbaycanın həm milli, həm regional, həm də qlobal səviyyədə enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini bir daha təsdiqləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 Yanvar 2026 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri