Icma.az
close
up
RU
Politoloq: Bakı Maliyyə Məqsədi barədə razılıq ölkəmiz üçün müstəsna əhəmiyyətə malikdir AZƏRTAC

Politoloq: Bakı Maliyyə Məqsədi barədə razılıq ölkəmiz üçün müstəsna əhəmiyyətə malikdir AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 25 noyabr, AZƏRTAC

Azərbaycan beynəlxalq səviyyəli COP29 tədbirini çox uğurlu şəkildə həyata keçirdi. Konfransın sonunda iqlim maliyyələşməsi ilə bağlı gərgin müzakirələr baş tutdu. Əslində müxtəlif ziddiyyətlər, fikir ayrılıqları, bir-birini təkzib edən planlar təklif olunsa da, əlamətdar hadisədir ki, Bakıda böyük bir razılaşma əldə olundu. Bu razılaşmalar isə həm də gələcəyə hesablanmış bir addım kimi xarakterizə oluna bilər. Ən böyük nailiyyət bundan ibarətdir ki, bu günə qədər mövcud olan iqlim maliyyələşməsi ilə bağlı hədd 100 milyarddan 300 milyarda dollara qədər yüksəldildi. Eyni zamanda, COP29-da qəbul olunan ən önəmli qərarlardan biri inkişaf etməkdə olan ölkələrə 2035-ci ilə qədər hər il 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə edilməsidir. Digər tərəfdən qeyd etmək lazımdır ki, Paris Sazişinin 10 illər ərzində razılaşdırılmayan 6-cı maddəsi də Bakıda tam şəkildə işlək vəziyyətə gətirildi. Bu da onu deməyə əsas verir ki, atmosferə buraxılan çirkli qazların həcminin azaldılması ilə bağlı öhdəliklər müəyyənləşdirildi. Bütün bunlar sağlam ətraf mühitin, iqlimin, ekologiyanın formalaşmasına xidmət edəcək.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynovun söyləyib.

O qeyd edib ki, Bakı Maliyyə Məqsədi barədə razılıq əldə olunması ölkəmiz üçün beynəlxalq standartların, mexanizmlərin müəyyənləşməsi baxımından müstəsna əhəmiyyətə malikdir.

“Azərbaycanın ev sahibliyi etdiyi COP29 ən möhtəşəm tədbirlərdən biri kimi tarixə düşdü. Məhz iqlim maliyyələşməsi ilə bağlı ziddiyyətli məqamları birləşdirən bu müzakirələr konsensusla, böyük uğurla nəticələndi. COP29-da əldə olunan tarixi nailiyyət həm də uzun illər ərzində xatırlanacaq. Çünki buna qədər olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının əvvəlki sessiyalarında bu qədər razılaşmalar olmamışdı. COP29 inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan dövlətlərə münasibətlərində, məsuliyyətinin, öhdəliklərinin formalaşmasında mühüm uğur kimi qiymətləndirilə bilər”, -deyə politoloq vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Noyabr 2024 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see212

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see189

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see171

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see165

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see162

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see161

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see147

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see141

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see139

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri