Icma.az
close
up
RU
Politoloq: Bakını etibarlı tərəfdaş və neytral platforma kimi qəbul edirlər

Politoloq: Bakını etibarlı tərəfdaş və neytral platforma kimi qəbul edirlər

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

"Azərbaycanın apardığı çoxşaxəli və balanslaşdırılmış xarici siyasət artıq öz nəticələrini verməkdədir. Son dövrlərdə Azərbaycan həm regional, həm də qlobal siyasətin aktiv iştirakçısına çevrilib. Xüsusilə də Azərbaycan Respublikasının Prezidentinin Misirdə keçirilən Qəzza Sammitinə dəvət olunması və orada iştirakı mühüm hadisə kimi qiymətləndirilir".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. 
"Bu fakt göstərir ki, Azərbaycan artıq regional proseslərdə də fəal rol oynayan, söz sahibi olan ölkələrdən biridir. Son illərdə Azərbaycanın Yaxın Şərqdə rolu da əhəmiyyətli dərəcədə artıb. Belə ki, ölkəmizin İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və son zamanlar Suriya ilə də əlaqələri mövcuddur. O cümlədən, İraqla münasibətlər müntəzəm şəkildə inkişaf edir. Azərbaycan Yaxın Şərqdəki sülh prosesində beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirir".
O bildirib ki, Azərbaycan bir tərəfdən İsraillə münasibətlərini genişləndirir, digər tərəfdən isə Fələstin dövlətçiliyini dəstəkləyir və bölgədə sülhün əldə olunması üçün BMT qətnamələrinə uyğun olaraq iki dövlətli həll modelini müdafiə edir:
"Bu, Yaxın Şərqdə doğru və praqmatik yanaşmadır və tərəflər Azərbaycanın bu mövqeyini yüksək qiymətləndirirlər.Eyni zamanda Azərbaycan Yaxın və Orta Şərqdəki gərgin proseslərdə vasitəçi rolunu da həyata keçirir. Məlumdur ki, məhz Azərbaycanın vasitəçiliyi ilə Bakıda İsrail və Suriya nümayəndə heyətlərinin görüşü baş tutub. Bundan başqa, Türkiyə və İsrail nümayəndələrinin görüşləri də Bakıda keçirilib və bu görüşlərdə konkret nəticələr əldə olunub. Tərəflər Bakını etibarlı tərəfdaş və neytral platforma kimi qəbul edirlər".
Politoloq deyib ki, Azərbaycanın İsraillə münasibətləri ilə yanaşı, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə də çox ciddi əlaqələri mövcuddur:
"Bu ölkələrlə investisiya sahəsində mühüm razılaşmalar əldə olunub. Bundan əlavə, Azərbaycan qazı artıq Suriyaya ixrac olunmağa başlayıb və Azərbaycanın bu ölkənin enerji sektorunun bərpasında mühüm rol oynayacağı gözlənilir.
Eyni zamanda "SOCAR" şirkəti İsrail şirkətləri və "BP" ilə birlikdə İsrail sahillərindəki qaz yataqlarının işlənməsi üzrə konsorsiumun iştirakçısıdır. Bütün bu addımlar Azərbaycanın məqsədyönlü və ardıcıl xarici siyasətinin nəticəsidir.
Bu siyasət nəticəsində Azərbaycan bu gün Yaxın və Orta Şərqdə mühüm oyunçulardan birinə çevrilib".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Oktyabr 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri