Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

2027 ci ildən Bakıya köç daha da artacaq?

Berlin Bakını regional sabitlik və əvəzedilməz tərəfdaş kimi dəyərləndirir

Berlin Bakını regional sabitlik və əvəzedilməz tərəfdaş kimi dəyərləndirir

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin əsas prioritetləri həm ənənəvi enerji sahəsini, həm də yeni geoiqtisadi reallıqların diktə etdiyi logistika və yaşıl texnologiyalar kimi sahələri əhatə edir.

Almaniya üçün enerji mənbələrinin diversifikasiyası strateji prioritetdir. Azərbaycan qazının Almaniya bazarına daxil olması münasibətlərdə yeni mərhələ açıb. Xüsusilə SOCAR ilə Almaniyanın "Uniper" şirkəti arasında 2045-ci ilədək qüvvədə olan uzunmüddətli qaz tədarükü müqaviləsi bu sahədəki əsas sütunlardan biridir. Azərbaycanın Avropaya qaz ixracının 2027-ci ilədək ən azı 20 milyard kubmetrə çatdırılması planlaşdırılır. Bundan başqa, Almaniya ilə qurulan bu əməkdaşlıq artıq yalnız ənənəvi karbohidrogen ixracı ilə məhdudlaşmır, bura həm də yaşıl enerji və rəqəmsal bağlantıları əhatə edən kompleks strateji tərəfdaşlıq daxildir.

İşğaldan azad edilmiş ərazilərin bərpası prosesində alman şirkətləri ilə yüksək texnologiyaların tətbiqi və yaşıl enerji sahəsində əməkdaşlıq imkanları geniş şəkildə müzakirə olunur. Alman investorları və şirkətləri öz texnoloji təcrübələrini Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərinə, xüsusilə də "yaşıl enerji" layihələrinə inteqrasiya etməkdə maraqlıdırlar. Prezident İlham Əliyevin Almaniyanın aparıcı sənaye və biznes dairələrinin rəhbərləri ilə keçirdiyi görüşlər yaşıl enerji və yüksək texnologiyalar sahəsində təcrübə mübadiləsi üçün mühüm platforma rolunu oynayır.

2022-ci ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu çərçivəsində bərpaolunan enerji sahəsində yeni imkanların yaradılması və bu sahədə əməkdaşlığın dərinləşdirilməsi prioritet istiqamət kimi müəyyən edilib. Beləliklə, iqtisadi dialoqun mühüm hissəsini yaşıl enerji, bərpaolunan enerji mənbələri və yüksək texnologiyalar sahəsində əməkdaşlıq təşkil edir. Bu sahədə alman şirkətlərinin texnoloji təcrübəsi ilə Azərbaycanın resurslarının birləşdirilməsi nəzərdə tutulur.

Almaniya sənayesi üçün Orta Dəhliz Mərkəzi Asiya bazarlarına çıxış və kritik xammal tədarükünün şaxələndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan bu dəhlizin mərkəzi logistika qovşağı və Avropanın "Global Gateway" strategiyasında mühüm tərəfdaş kimi çıxış edir.

"Deutsche Bank", "Siemens", "Thyssen" və "Mercedes-Benz" kimi sənaye nəhəngləri ilə hələ 1990-cı illərdən başlayan əməkdaşlıq ənənəsi bu gün sənaye kooperasiyasının genişləndirilməsi və yeni investisiya imkanlarının təqdim olunması ilə davam edir.

Ümumilikdə, Berlin Bakını regional sabitlik və qlobal layihələrdə əvəzedilməz tərəfdaş və Avropa ilə Asiya arasında strateji kommunikasiyaların ayrılmaz hissəsi kimi dəyərləndirir.

Almaniyanın sənaye nəhənglərinin texnoloji imkanları ilə Azərbaycanın enerji resurslarının və bərpaolunan enerji potensialının birləşdirilməsi tərəfdaşlığın gələcək inkişafının əsas sütunlarından biri olacaqdır.

Prezident İlham Əliyevin Almaniyaya səfərləri zamanı aparıcı alman sənaye və biznes dairələrinin rəhbərləri ilə keçirilən görüşlərdə investisiya potensialının təqdim olunması əsas müzakirə mövzularından biri olur. Hazırda iqtisadi sahədə çalışan yüzlərlə alman şirkətinin ölkəmizdə layihələrə cəlb olunması Azərbaycan-Almaniya strateji tərəfdaşlığının real miqyasını əks etdirir.

Milli Məclisin deputatı

Pərvanə Vəliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 23 İyul 2026 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see358

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see314

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see299

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see279

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see278

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see275

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see274

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see270

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see253

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see247

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see247

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see246

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see241

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see235

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see232

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see223

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see220

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see219

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see188

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri