Icma.az
close
up
RU
Politoloq: Bu Paşinyanın mənəvi prinsiplərə verdiyi önəmi göstərir

Politoloq: Bu Paşinyanın mənəvi prinsiplərə verdiyi önəmi göstərir

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistan Baş naziri Nikol Paşinyan komanda yoldaşlarına boşanmağı qadağan edib.

Bu barədə “Hraparak” qəzeti yazıb.

Nəşr iddia edib ki, Ermənistan rəhbəri ölkədə hər şeyə, o cümlədən komanda yoldaşlarının şəxsi həyatlarına da nəzarət edir:

“Əldə etdiyimiz məlumata görə, o, komanda yoldaşlarına boşanmağı qadağan edib. Bu yaxınlarda komanda yoldaşlarından biri ona belə bir qərar verdiyini, həyat yoldaşından boşanaraq yeni həyata başlamaq istədiyini bildirib. Paşinyan bunu əsas gətirərək komanda yoldaşlarına boşanmağı qadağan edib.

Baş nazir deyib ki, hakim partiyada boşanmaların limiti artıq dolub, daha heç kimin boşanmağa haqqı yoxdur. Paşinyan bunu onunla əsaslandırıb ki, belə hallar hakim komandanın üzvlərini ictimaiyyətin gözündə daha da aşağı salır”.

Politoloq Natiq Miri Sherg.az-a deyib ki, “Hraparak” qəzeti bilavasitə Nikol Paşinyan hökumətinə müxalifətdə olan və Rusiyaya bağlı media orqanıdır:

"Bütün dezinformasiya və yalan xəbərlər əsasən “Hraparak” vasitəsilə dövriyyəyə buraxılır. Bir müddət öncə həmin qəzetin yaydığı dezinformasiya nəticəsində belə bir rəy formalaşmışdı ki, guya Donald Trampın oğlu Ermənistana səfərə gələcək. Hətta bu mövzu ətrafında mediada müəyyən təhlillər və araşdırmalar da aparıldı. Lakin məsələ təkzib olunana qədər Ermənistan hökuməti bu barədə heç bir rəsmi açıqlama vermədi. Sonradan məlum oldu ki, Donald Trampın oğlunun Ermənistana səfəri ilə bağlı iddialar əsassızdır və belə bir plan mövcud olmayıb. Bu məsələyə münasibət bildirən Nikol Paşinyan qeyd etdi ki, bu xəbəri kim yaymışsa, məhz onlar da həmin suala cavab verməlidirlər. Ona görə də bu qəzetin yaydığı məlumatlara etimad etmək olmaz. Bununla belə, mənəvi-psixoloji baxımdan hakimiyyət nümayəndələrinə, xüsusilə də parlament üzvlərinə və yüksək vəzifə sahiblərinə müəyyən xəbərdarlıqların edilməsi mümkündür. Çünki hakimiyyət həm imkan, həm də məsuliyyət deməkdir. Bəzi insanlar üçün bu, maddi imkanların artması və nəticədə mənəvi dəyərlərin arxa plana keçməsi ilə müşayiət oluna bilər. Belə halların qarşısını almaq üçün edilən xəbərdarlıqlar normaldır və burada demokratiyanı pozan heç bir element görmürəm. Əgər siz siyasətdə və hakimiyyətdə bir cəbhədə silahdaşsınızsa, burada təkcə partiya nizamnaməsinə deyil, həm də mənəvi dəyərlər sisteminə sadiq qalmaq vacibdir. Əgər “Real Ermənistan”, “Legitim Ermənistan” ideyası, yəni dördüncü müstəqil Ermənistan Respublikasının qurulmasından danışırıqsa, bu prosesdə mənəvi dəyərlərin də bərpası zəruridir".

Analitik əlavə edib ki, Nikol Paşinyan hökuməti illərdir xalqı aldatmış və faciələrə sürükləmiş kilsə rəhbərliyinin riyakarlığını ifşa edib:

"Bu ifşa prosesi hələ də davam edir. Bu isə o deməkdir ki, kilsə rəhbərliyinin tam ifşa olunmasından sonra dini baxışlardan tutmuş mənəvi dəyərlərin yenilənməsinə ciddi ehtiyac var. Bu kontekstdə hakimiyyət nümayəndələri xalqa nümunə olmalı şəxslərdir. Çünki hakimiyyət hər zaman xalqın gözləri qarşısındadır və cəmiyyət də məhz onlara baxaraq dəyərləndirmə aparır. Ona görə də “Hraparak”ın irəli sürdüyü ittihamlar rəqabətə dözə biləcək səviyyədə deyil. Əksinə, əgər Nikol Paşinyan zaman-zaman bu mövzularda hakimiyyət təmsilçiləri ilə söhbətlər aparırsa, bu, onun xeyrinədir. Çünki bu, Paşinyanın dəyərlər sisteminə və mənəvi prinsiplərə verdiyi önəmi bir daha göstərir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Noyabr 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see201

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see185

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see184

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see180

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see170

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see151

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see150

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see146

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see143

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see141

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see138

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see136

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see136

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see131

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see131

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see131

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see125

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri