Icma.az
close
up
RU
Politoloq: Əliyev Putin görüşü münasibətlərin sınaq nöqtəsidir

Politoloq: Əliyev Putin görüşü münasibətlərin sınaq nöqtəsidir

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin görüşü ərəfəsində Rusiya tərəfi nikbindir, liderlər münasibətlərində bütün həlledici məsələləri müzakirə edə biləcəklər.

Bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Putinin Tacikistana dövlət səfərindən danışırıq. Gündəliyimiz çox genişdir. Əlbəttə, ayrıca olaraq Rusiya–Azərbaycan münasibətləri məsələsi də gündəmdədir. İki prezident bu gün görüşəcək. Görək bu görüşün nəticələri necə olacaq. Biz bu məsələdə nikbinik. Ümid edirik ki, prezidentlər ikitərəfli münasibətlərimizin mövcud vəziyyətini müzakirə edəcək və mövcud problemli məqamlar barədə də danışacaqlar”, – Kremlin sözçüsü deyib.

Peskovun sözlərinə görə, oktyabrın 7-də Putinlə Əliyev arasında baş tutmuş telefon danışığı yaxşı, müsbət və konstruktiv olub və qarşıdakı görüş barədə razılıq həmin söhbət zamanı da əldə edilib.

Xatırladaq ki, Əliyev həmin gün Putinin ad günündə Rusiya liderinə zəng edərək onu təbrik edib. Bu danışıq tərəflər arasında təxminən yarım ildən çox davam edən şəxsi təmasların olmamasından sonra ilk əlaqə olub.

Rusiya və Azərbaycan prezidentlərinin tamformatlı görüşü bu gün Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək. Görüş Müstəqil Dövlətlər Birliyinin (MDB) sammiti çərçivəsində baş tutacaq. Bu görüş 2024-cü ilin oktyabrından bəri ilk belə təmas olacaq – həmin vaxt da prezidentlər MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində görüşmüşdülər. Bundan başqa, hər iki lider arasında sentyabrda Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində qısa söhbət olub.


Politoloq Tural İsmayılov Sherg.az-a deyib ki, Dmitri Peskovun açıqlaması əslində Rusiya tərəfinin mövqeyini qorumağa çalışdığını göstərir:


"Bu fikirlər Moskvanın regional reallıqları tam anlamadığı təəssüratı yaradır. Peskovun “nikbinlik” ifadəsi diplomatik dildə “biz münasibətləri qorumağa məcburuq” anlamına gəlir. Rusiya hazırda Cənubi Qafqazda təsir imkanlarını itirmək istəmir, amma əvvəlki kimi diktə edən tərəf də deyil. İlham Əliyev və Vladimir Putin arasında keçiriləcək görüş, real baxsaq, münasibətlərin yeni formatının müəyyənləşməsi baxımından vacibdir. Azərbaycan artıq regional proseslərin subyekti, Rusiya isə bu proseslərə adaptasiya olmağa çalışan tərəfdir. Qəbələ görüşü öncəsi yaranan fon da göstərdi ki, Bakı diplomatiyası çoxvektorlu, amma balanslı xətti davam etdirir. Əgər Moskva bu balansı anlayarsa, münasibətlər konstruktiv şəkildə inkişaf edə bilər. Lakin tənqidi məqamlar da var. AZAL təyyarəsinə Rusiya tərəfindən üzr istənilməməsi və kompensasiya ödənilməməsi uyğun gəlmir. Bu hadisə iki ölkə arasında etimadın yenidən möhkəmləndirilməsinə zərbə vurdu və Moskva bu addıma görə açıq şəkildə üzr istəməlidir.  Rusiya tərəfi bu kimi hərəkətlərlə öz imicinə zərər vurur və regionda balanslı tərəf kimi görünmək imkanını itirir. Ölkə başçılarının görüşündən sonra münasibətlərdə bir “soyutma dövrünün” arxada qalması mümkündür. Azərbaycan lideri siyasi praqmatizmlə fərqlənir. Bu da dialoqun emosiyadan uzaq, maraq əsaslı olacağına ümid yaradır. Azərbaycan istənilən halda Rusiya ilə əməkdaşlığa açıqdır, amma bu, bərabərhüquqlu münasibətlər çərçivəsində olmalıdır".


Analitikin sözlərinə görə, əvvəlki münasibətlər yəni Rusiyanın dominant, Cənubi Qafqazı isə “tərəfdaş” statusunda göründüyü dövr artıq qayıtmayacaq:

"Cənubi Qafqazda indi Azərbaycan faktoru reallığı müəyyən edir. Rusiya isə bu reallığı qəbul etmək məcburiyyətindədir. Yeni mərhələ qarşılıqlı hörmət və iqtisadi rasionallıq üzərində qurulmalıdır. Əks halda, Moskvanın regionda təcridi daha da dərinləşəcək. Qısası, Putin-Əliyev görüşü münasibətlərin sınaq nöqtəsidir: Rusiya üzr istəməli, dialoqa səmimiyyətlə yanaşmalıdır. Bu dəfə söhbət təkcə diplomatik jestlərdən deyil, geosiyasi reallığın qəbulundan gedir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Oktyabr 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see175

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri