Icma.az
close
up
RU
Politoloq: Paşinyanın çıxışları Moskva ilə münasibətlərdə gərginlik yaradır

Politoloq: Paşinyanın çıxışları Moskva ilə münasibətlərdə gərginlik yaradır

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

“Paşinyanın BMT Baş Assambleyasından çıxış edərək konstitusiya islahatları və digər mövzularda bəyanatlar verməsi həm daxili, həm də xarici auditoriya üçün mesaj xarakteri daşıyır”. 
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
O vurğulayıb ki, BMT tribunasının özü beynəlxalq legitimlik qazandıran bir platformadır:
“Bu kürsüdən deyilən hər fikir sadəcə ölkədaxili siyasi proses deyil, həm də beynəlxalq ictimaiyyətin diqqətinə təqdim olunur. Paşinyanın islahat mövzusunu qlobal kürsüdən dilə gətirməsi daxildəki ictimai rəyi gücləndirmək məqsədi daşıyır. Bu çıxış Ermənistanın demokratik imic yaratmaq istəyinin bir hissəsi kimi görünür. Paşinyan Qərbə və beynəlxalq institutlara göstərmək istəyir ki, Ermənistan avtoritar ənənələrdən uzaqlaşaraq islahat yolunu seçib. Bununla belə, onun bəyanatlarının praktiki həyata keçirilməsi hələ də sual altındadır. Çünki Ermənistanın daxili siyasi mühiti parçalanmış və qeyri-sabitdir. BMT tribunasından islahatlara dair danışmaq həm də xarici dəstək axtarışıdır. Paşinyan hesab edir ki, beynəlxalq legitimlik ona daxildə daha güclü siyasi mövqe qazandıra bilər”. 
Politoloq əlavə edib ki, Paşinyanın çıxışları həm də Moskva ilə münasibətlərdə əlavə gərginlik yaradır:
“Çünki Rusiya Ermənistanın Qərbə yönəlmiş bütün addımlarını şübhə ilə qarşılayır. Kreml bu bəyanatları Qərbə loyal bir mesaj kimi görür və təbii ki, narazı qalır. Bu isə İrəvanın iki güc mərkəzi arasında daha da sıxışmasına səbəb olur. BMT kürsüsündən konstitusiya islahatlarını elan etmək eyni zamanda Ermənistanda yeni siyasi düzənin yaradılması iddiasıdır. Bu, Paşinyanın öz hakimiyyətini legitimləşdirmək üçün beynəlxalq dəstəyi qazanmaq planıdır. Əgər bu çıxışlar reallıqla üst-üstə düşməsə, Paşinyanın özü ciddi daxili təzyiqlə üzləşə bilər. Paşinyanın BMT-də səsləndirdiyi islahat bəyanatları onun öz siyasi gündəminin beynəlxalq arenaya daşınmasıdır. Bu, Ermənistan üçün diplomatik baxımdan əhəmiyyətlidir, amma real nəticələri daxildəki siyasi iradədən asılı olacaq. Yəni tribunadan verilən mesajlar Ermənistanı avtomatik gücləndirmir, amma beynəlxalq diqqəti ölkəyə yönəltmək üçün önəmli vasitə rolunu oynayır”.
Leyla Turan 
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Sentyabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see268

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see229

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see205

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see189

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see181

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see178

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see168

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see155

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see147

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see145

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see144

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see141

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see139

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see138

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see136

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see136

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see134

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see134

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri