Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Politoloq: Paşinyanın Zəngəzur qorxusu təbiidir

Politoloq: Paşinyanın Zəngəzur qorxusu təbiidir

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Terminə qarşı çıxışın arxasında seçki oyunu durur

 Elçin Xalidbəyli: “Zəngəzur dəhlizi Ermənistanın psixoloji üstünlüyünü dağıdır”

Zəngəzur dəhlizi ilə bağlı son bəyanatlar regionda siyasi gərginliyi yenidən gündəmə gətirib. Türkiyə xarici işlər naziri Hakan Fidanın layihənin vacibliyini vurğulayan açıqlamasından sonra Ermənistan Baş naziri Nikol Paşinyanın reaksiyası göstərir ki, rəsmi İrəvan “Zəngəzur dəhlizi” terminindən ciddi narahatdır. Paşinyanın infrastruktur adlarının yalnız Ermənistan tərəfindən müəyyən edilə biləcəyi barədə iddiası, əslində, bu məsələnin hələ də İrəvan üçün həssas mövzu olaraq qaldığını bir daha ortaya qoyur: “Ermənistan ərazisində yerləşən infrastrukturun adlarını yalnız Ermənistan müəyyən edə bilər. Ermənistanda “Sülh dəhlizi” və TRIPP layihəsi mövcuddur, hər hansı digər terminologiya (Zəngəzur dəhlizi – red.) Ermənistan Respublikasına aid deyil”.

Qeyd edək ki, Türkiyə xarici işlər naziri noyabrın 18-də verdiyi açıqlamada Zəngəzur dəhlizinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcəyini bəyan edib: “Ərazi (Zəngəzur dəhlizi) Ermənistanda, bunu tələb edən Azərbaycan. Bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək. Biz burada onların işini asanlaşdıran tərəfik və Avropadan gələn tranzit marşrutunun əsas quru hissəsini təşkil edən bu sahəyə ehtiyacımız var. Zəngəzur dəhlizi olmadığı üçün Mərkəzi Orta Asiya, Qafqaz və Rusiya ilə quru yolu ticarətini Gürcüstan və İran vasitəsilə həyata keçiririk. Həmçinin dəniz yolu ilə Rusiya limanları, Qara dəniz və digər yerlərdən istifadə edirik. Müharibədən əvvəl daha çox istifadə edirdik. Zəngəzur dəhlizi isə hazırda xüsusilə Azərbaycan və Ermənistan arasında müzakirə mövzusudur”.

İki ölkənin Vaşinqtonda sülh sazişini parafladıqlarını xatırladan Hakan Fidan əlavə edib ki, sazişdə yer almayan iki həll olunmamış məsələ də var:

“Birincisi, Zəngəzur dəhlizi, ikincisi, Ermənistan Konstitusiyası ilə bağlı məsələdir. Bu məsələlər həll olunduqdan və Azərbaycan yekun sazişə imza atdıqdan sonra Türkiyə də Ermənistanla sərhəd qapılarını açacaq”.

Siyasi ekspertlər isə bildirir ki, Azərbaycanın Zəngəzur dəhlizi termininə qoyduğu məna ilə Tramp marşrutunun miqyası üst-üstə gəlmir. Azərbaycan üçün Araz çayı boyunca keçən yol və bu dəhlizin Türkiyə ilə birləşdirilməsi, böyük bir layihənin həyata keçirilməsi Zəngəzur dəhlizi adlanır. Tramp marşrutu isə ancaq 44 km-i əhatə edir. Bu, sadəcə olaraq, Ermənistan ərazisində olan Zəngəzur dəhlizinə daxil olan bir layihədir.

Politoloq Elçin Xalidbəyli Sherg.az-a açıqlamasında qeyd edib ki, Nikol Paşinyanın və onun siyasi komandasının Zəngəzur dəhlizi termininə qarşı çıxması birbaşa olaraq Ermənistanın daxili auditoriyasına yönəlib:

“Ermənistanda Zəngəzur dəhlizi termininə qarşı çıxmaq, ilk növbədə, Paşinyan hakimiyyətinin öz siyasi mövqeyini gücləndirmək və daxili seçki strategiyasını həyata keçirmək cəhdidir. Bu termin Ermənistan cəmiyyətində qıcıqla qarşılanır və hakimiyyət bunu nəzərə alaraq, öz rəqiblərinə və ictimaiyyətə “Ermənistanın maraqlarını qoruyuruq” mesajını verir. Xüsusilə 2026-cı ildə keçiriləcək parlament seçkiləri ərəfəsində bu cür açıqlamalar daxili auditoriyanın sakitləşdirilməsi və siyasi dəstəyin artırılması məqsədini güdür”.

E.Xalidbəyli qeyd edib ki, ermənilərin tarix boyu toponimlər üzərində aparmış olduğu manipulyasiyalar və saxtalaşdırmalar, məskunlaşdıqları ərazilərin özlərinə məxsus olduğunu göstərmək cəhdindən qaynaqlanır:

 “Ermənilər özlərinə aid olmayan əraziləri tarixi saxtalaşdırma yolu ilə özlərinə aid etmək istəyirlər. Zəngəzur dəhlizi termininə qarşı çıxmaq da eyni strategiyanın davamıdır. Onlar qorxurlar ki, Azərbaycan gələcəkdə öz haqlı mövqeyində israrlı ola bilər və Zəngəzur dəhlizi üzərindən bütün dünyaya Zəngəzur vilayətinin Azərbaycan ərazisi olduğunu növbəti dəfə sübut etməklə həmin ərazinin sahibinə çevrilə bilərlər. Bu isə Ermənistanın tarixi iddialarına və psixoloji mövqeyinə zərbə vurur. Yəni Zəngəzur dəhlizi məsələsi sadəcə infrastruktur və nəqliyyat problemi deyil. Bu, həm də tarixi, hüquqi və siyasi baxımdan Azərbaycanın haqqının tanınması, eyni zamanda Ermənistanın tarixi saxtalaşdırma cəhdlərinin ifşa edilməsi kontekstində strateji əhəmiyyət daşıyan məsələdir. Zəngəzur tarixi Azərbaycan torpağıdır və bu ərazidən keçən dəhliz də Zəngəzur dəhlizi adlanmalıdır. Ermənistanın həmin terminə qarşı çıxması onların obyektiv reallığı qəbul etməməsi və tarixi saxtalaşdırmaq cəhdindən irəli gəlir və müqavimətin əsas mahiyyəti də məhz bu cür qeyri-ciddi yanaşmalardan qaynaqlanır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:329
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Noyabr 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see587

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see496

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see450

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see321

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see307

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see300

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see292

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see279

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see263

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see255

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see244

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see231

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see228

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see205

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see201

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see201

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see198

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see185

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see185

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri