Icma.az
close
up
RU
Politoloq: Rusiyanın Azərbaycan düşmənliyi açıq müstəviyə keçib

Politoloq: Rusiyanın Azərbaycan düşmənliyi açıq müstəviyə keçib

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Rusiyanın son vaxtlar SOCAR-ın bazalarını, yanacaq doldurma stansiyalarını vurması faktiki olaraq Azərbaycana qarşı düşmənçilik siyasətidir. Əslində Rusiya heç vaxt Azərbaycanın dostu olmayıb. Sadəcə bəzi zaman intervallarında münasibətlər normal olub".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.
"Rusiya tarixi olaraq və indi də Azərbaycana qarşı bütün mümkün düşmənçilikləri etməkdə davam edir. Amma Rusiyanın Azərbaycana qarşı bu düşmənliyi ötən ilin dekabr ayında açıq müstəviyə keçib. Müstəqil xarici siyasət yürüdən və bütün dünya ilə normal qarşılıqlı münasibətlər quran, qlobal məkanda nüfuzu güclənən, regional geosiyasi iradə mərkəzinə çevrilən Azərbaycan, Rusiyanın xoşuna gəlmir. Kremlə lazımdır ki, Azərbaycan Rusiyanın təlimatları ilə idarə olunan dövlətlərin sırasına daxil olsun. Ancaq rəsmi Bakının mövqeyi tamamilə fərqlidir.Rəsmi Bakı bütün dünya dövlətləri ilə qarşılıqlı maraqlar çərçivəsində münasibətlər qurmağa, müstəqil xarici siyasət yürütməyə, dünyada Azərbaycanın mövqeyinin möhkəmlənməsinə üstünlük verir. Eyni zamanda rəsmi Bakı bütün bu istiqamətdə addımlar atarkən Rusiyanın bunu bəyənib-bəyənmədiyini nəzərə almaq niyyətində deyil".
O bildirib ki, bu baxımdan Rusiya Azərbaycana qarşı təzyiq və təhdid siyasəti yürüdür:
"Ötən ilin dekabrında Azərbaycanın sərnişin təyyarəsinin Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulmasından sonra Azərbaycana qarşı Rusiyanın düşmənçilik siyasəti artıq açıq bir müstəviyə keçdi. Hazırda azərbaycanlı miqrantların Rusiyada zorakılıqlara, təqiblərə, təzyiqlərə məruz qalma kampaniyası davam edir. Və bütün bunlara paralel olaraq da Azərbaycanın enerji siyasətinə zərbə vurmaq qərarına gəliblər kimi görünür.
İndi də Azərbaycanın enerji obyektlərinə zərbələr endirirlər və bununla da Azərbaycanı daha da təhdid etmək, müstəqil xarici siyasət xəttindən çəkindirmək niyyəti güdürlər. Halbuki bütün bunlar boşuna edilən cəhdlərdir. Azərbaycan artıq güclü bir dövlətdir. Azərbaycan özünü müdafiə etmək güdrətinə və qabiliyyətinə malik bir dövlətdir. Azərbaycanın çox etibarlı müttəfiqləri mövcuddur. Müttəfiqlər sırasında NATO üzvü olan Türkiyə xüsusi yerdədir. Eyni zamanda nüvə dövləti olan Pakistan Azərbaycanın müttəfiqləri sırasında xüsusi önəmə malikdir. Azərbaycan həm Qərblə, həm Şərqlə genişmiqyaslı iqtisadi, ticarət, əməkdaşlıq münasibətləri qurub və bütün bunlar da təbii ki, Azərbaycanın əsas təhlükəsizlik sisteminin tərkib hissəsinə daxildir. Belə məqamları nəzərə alaraq qeyd etmək olar ki, Rusiyanın Azərbaycana qarşı bu düşmənçilik siyasətinin iflasa uğraması qaçılmazdır".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Avqust 2025 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see706

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see239

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see159

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see155

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri