Icma.az
close
up
RU
Gürcü politoloq: Yekaterinburqda baş verənlər Rusiyanın anti Azərbaycan siyasətinin göstəricisidir

Gürcü politoloq: Yekaterinburqda baş verənlər Rusiyanın anti Azərbaycan siyasətinin göstəricisidir

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Tbilisi, 29 iyun, AZƏRTAC

“Son günlər Rusiyada azərbaycanlılara, gürcülərə, özbəklərə, taciklərə və digər milli azlıqlara, miqrantlara qarşı törədilən cinayətlərin arxasında dövlət dayanır. Rusların bu addımları cavabsız qalmamalıdır. Siyasi analitiklər, hüquqşünaslar, beynəlxalq təşkilatlar baş verənlərə sərt münasibət bildirməlidirlər. Rusiya cəmiyyəti də məsuliyyətli davranmalı, gələcəkdə onu hansı fəlakətlərin gözlədiyini dərk etməlidir. Onlar anlamalıdırlar ki, həqiqətən də bu gün Rusiya böyük fəlakətə çox yaxındır”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın Suxumi Dövlət Universitetinin professoru, politoloq, tarixçi Quram Marxuliya deyib. Onun sözlərinə görə, iyunun 27-də Yekaterinburqda Azərbaycan əsilli iş adamlarının kütləvi həbsi, iki qardaşın amansızcasına qətlə yetirilməsi, bir neçə adamın ciddi yaralanması heç də təsadüfi deyil. Professorun fikrincə, Rusiya rəhbərliyi fəlakətlə üz-üzə olduğunu görür və bunun qarşısını almaq üçün yeni münaqişə ocaqları yaratmaq istəyir.

Politoloq deyib: “Rusiya Azərbaycanın Qarabağda savaşı 44 günə başa çatdırmasını, 30 il işğal altında olan torpaqlarını azad etməsini, son dövrlər dünya dövlətləri arasında xüsusi hörmət qazanmasını və söz sahibinə çevrilməsini həzm edə bilmir”.

Onun sözlərinə görə, Rusiya Azərbaycana qarşı açıq hücuma keçə bilmir. Ona görə də müəyyən yollarla Azərbaycana və azərbaycanlılara qarşı terror əməliyyatları keçirirlər. Bu, son dövrlər açıq şəkildə hiss olunur. Təsadüfi deyil ki, Ermənistanda baş qaldıran revanşist meyillər də məhz Rusiyanın bölgədə həyata keçirdiyi siyasətin nəticəsidir. Ermənistan xalqının qəzəbi ilə hakimiyyətdən uzaqlaşdırılan Koçaryan-Sarkisyan cütlüyünün yenidən siyasi səhnəyə qayıtması, mövcud hökuməti Qarabağın itirilməsində ittiham etməsi bu proseslərin Moskvanın dəstəyi ilə yönləndirildiyini göstərir.

“Bir sözlə deyə bilərəm ki, Yekaterinburqda baş verənlər təsadüfi və həqiqətən də uzun illər bundan əvvəl törədilmiş cinayətin üstünün açılması ilə bağlı əməliyyat deyil. Bu, Rusiyanın anti-Azərbaycan siyasətinin göstəricisidir. Bu, sonuncu olmayacaq. Narahatedici məqam odur ki, bu cür hadisələr həm azərbaycanlılara, həm də digər miqrantlara qarşı davam edəcək. Ona görə də bu cür addımlara qətiyyətli və tutarlı cavab verilməlidir”, – deyə Marxuliya vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 İyun 2025 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see168

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see141

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see131

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see128

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri