Icma.az
close
up
RU
Politoloq: “Sülhə bu qədər yaxınkən detallar prosesə mane olmamalıdır”

Politoloq: “Sülhə bu qədər yaxınkən detallar prosesə mane olmamalıdır”

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Delimitasiya prosesi hazırda uğurla davam edir və son günlər mətbuatda yayılan məlumatlar da bunu təsdiqləyir. Rəsmi açıqlamalardan görünür ki, proses ümumi olaraq sabit şəkildə irəliləyir və ciddi maneə müşahidə olunmur. Prezident İlham Əliyev və digər dövlət rəsmilərinin çıxışları da bu istiqamətdə aydın mesajlar verir".
Bunu Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
O, bildirib ki, xüsusilə Qazax–Tovuz istiqamətində ən həssas məqamlar artıq arxada qalıb və həmin bölgədəki anklavlarla bağlı qərarların qəbul olunması bu prosesin mühüm mərhələsi idi:
"İndi isə iş daha çox cənub xətti üzrə davam etdirilir. Burada söhbət yalnız sərhədlərin müəyyənləşməsindən getmir, həm də iki ölkə arasında sülhə mane ola biləcək məsələlərin həllindən və ya həlilik gündəmdən kənarda saxlanılmasından gedir. Əsas məqsəd sülh müqaviləsinin imzalanmasıdır. Əgər sərhədlə bağlı bəzi texniki detallar bu prosesə gecikdirici təsir göstərirsə, onların həlli müəyyən vaxt tələb edə bilər. Bu, beynəlxalq təcrübədə də müşahidə olunan tam normal prosesdir. Məsələn, Kərki anklavı da daxil olmaqla bir sıra bölgələr üzrə hansı modelin tətbiq ediləcəyi hələ tam müəyyənləşməyib və həm ənənəvi, həm də yeni yanaşmalar istisna olunmur".
Politoloq bildirib ki, hazırda fon kifayət qədər müsbətdir:
"Əgər real problem olsaydı, bu, ictimaiyyətdən gizli qala bilməzdi və dərhal gündəmə çıxardı. Məhz buna görə mövcud dinamika gələcəyə nikbin baxmağa əsas verir. Indiki mərhələdə ən önəmli məsələ kompromisə hazır olmaq, ehtiyac yarandıqda güzəşt etmək və sülh prosesinə mane ola biləcək mövzuların indiki mərhələdə gündəmə gətirilməməsidir. Eyni zamanda, sərhəd xəttində, xüsusən Ermənistan tərəfində yerli sakinlərin təxribatlara cəlb olunmasının qarşısı alınmalı, risklər minimuma endirilməlidir. Bu istiqamətdə ardıcıllıq təmin olunduğu halda, sülh prosesinin daha da sürətlənəcəyi və real nəticələrin ortaya çıxacağı gözləniləndir".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Noyabr 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see258

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see249

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see247

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see219

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see160

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see152

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see150

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see145

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see140

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see139

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see136

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see136

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

Cüdo Federasiyasının icraçı vitse prezidenti: “Bizim üçün əsas göstərici təkcə medal sayı deyil” MÜSAHİBƏ

19 Dekabr 2025 22:32see134

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see134

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see133

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri