Parlament sülhə mane olan addımlara münasibət bildirdi POLİTOLOQ
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Milli Məclisin bu bəyanatı ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində H.R. 9087 saylı qanun layihəsinin müzakirəsi zamanı Azərbaycan əleyhinə irəli sürülən düzəlişlərə rəsmi siyasi reaksiya kimi qiymətləndirilə bilər".
Bu barədə SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.
Onun sözlərinə görə, parlament bəyan edir ki, həmin təşəbbüslər beynəlxalq hüququn prinsiplərini və Azərbaycanın suverenliyini nəzərə almır, erməni lobbi qruplarının təsiri altında formalaşmış birtərəfli yanaşmanı əks etdirir:
"Rəsmi Bakı hesab edir ki, bu cür addımlar regionda normallaşma prosesinə töhfə vermək əvəzinə, siyasi gərginliyi artırır və Azərbaycan-Ermənistan münasibətlərinin sabitləşməsinə mənfi təsir göstərir.
Bəyanat eyni zamanda ABŞ Konqresinin üzvlərinə qərar qəbul edərkən daha balanslı və obyektiv yanaşma nümayiş etdirmələri çağırışını ehtiva edir. Milli Məclis vurğulayır ki, Cənubi Qafqazda davamlı sülhün əldə olunması üçün beynəlxalq aktorların hər hansı lobbi maraqlarından deyil, beynəlxalq hüquq normalarından, dövlətlərin suverenliyinə hörmət prinsipindən və regionda etimadın möhkəmləndirilməsi məqsədindən çıxış etməsi vacibdir. Parlamentin mövqeyinə görə, xarici siyasi platformalarda birtərəfli təşəbbüslərin təşviqi sülh gündəmini zəiflədə və tərəflər arasında etimadın formalaşmasını çətinləşdirə bilər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:216
Bu xəbər 27 İyul 2026 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















