Politoloq: Ukrayna münaqişəsi böyük güclərin razılaşması ilə həll olunacaq
Icma.az bildirir, Sherg.az portalına istinadən.
Zelenskinin bu yeni reallığı qəbul etməsi qaçılmazdır
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa liderlərinin Rusiya ilə danışıqlar aparmasına etiraz etmədiyini bildirib. O, bu fikirləri “Bloomberg” agentliyinə verdiyi müsahibədə səsləndirib. Zelenski qeyd edib ki, ABŞ-nin Kiyevə təzyiqlərin artdığı və Avropada təhlükəsizlik zəmanətləri mövzusunun daha aktiv müzakirə olunduğu bir şəraitdə Avropanın Rusiya ilə dialoq aparması başadüşüləndir.
Ukrayna lideri eyni zamanda vurğulayıb ki, danışıqların effektiv olması üçün Rusiya prosesə ciddi yanaşmalıdır. Zelenski sülh razılaşmasının yekun mərhələyə yaxınlaşdığını desə də, danışıqların konkret nəticəsi və münaqişənin necə başa çatacağı ilə bağlı hələlik dəqiq mövqenin olmadığını bildirib.
Politoloq Tural İsmayılov Sherg.az-a açıqlamasında Volodimir Zelenskinin Avropa-Rusiya danışıqlarına etiraz etməməsinin onun üç il əvvəlki kəskin mövqeyinə əks olduğunu söyləyib:

"Əvvəllər Rusiya ilə hər hansı dialoqu "kapitullyasiya" adlandıran Zelenski indi Avropanın danışıqlara başlamasını normal qarşılayır. Bu dönüş təsadüfi deyil. Ukrayna real geosiyasi dəyişikliklərlə üzləşib. ABŞ-nin yeni administrasiyası altında Kiyevə olan təzyiq artıb. Donald Trampın müdafiə xərclərinin azaldılması və Avropa ölkələrinin öz təhlükəsizliklərini özlərinin təmin etməsi Zelenskini daha çevik olmağa məcbur edir. Ukrayna başa düşür ki, Vaşinqtonun limitsiz dəstəyi dövrü başa çatır, artıq Avropaya daha çox etibar etmək lazımdır. Zelenskinin "Rusiya ciddi olmalıdır" şərti isə daha çox öz pozisiyasını qorumaq cəhdidir".
Analitik Ukraynanın hərbi cəbhədə arzu etdiyi nəticələri əldə edə bilmədiyini və bu vəziyyətdə danışıqlara getməkdən başqa yol qalmadığını bildirib:
"Sülh prosesinin "yekun mərhələyə" yaxınlaşması ifadəsi də əslində Ukrayna liderinin danışıqlara psixoloji hazırlıq yaratmaq cəhdidir. Geosiyasi reallıq belədir ki, Ukrayna münaqişəsinin həlli artıq Kiyevin dediyi şərtlərlə deyil, böyük güclərin razılaşması əsasında həll olunacaq. Avropa öz iqtisadi mənafelərini, enerji təhlükəsizliyini və Rusiya ilə uzunmüddətli birgəyaşayışı nəzərə alaraq praqmatik mövqe tutmağa başlayıb. Zelenskinin bu yeni reallığı qəbul etməsi qaçılmazdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 10 Yanvar 2026 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















