Icma.az
close
up
RU
Politoloq: Zurabaşvilinin mübarizə cəhdləri heç bir nəticə verməyəcək

Politoloq: Zurabaşvilinin mübarizə cəhdləri heç bir nəticə verməyəcək

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gürcüstan Prezidenti tamamilə nəzarətsiz hərəkət edir, nə qanuna, nə də konstitusiyaya baxır.

Bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Prezident Salome Zurabişvilinin ötən gün yeni parlament seçkilərinin təyin edilməsi ilə bağlı bəyanatına cavabında deyib. Nazir prezidentin tələbinin legitim olmadığını qeyd edib.

“Onun istəyinin heç bir legitimliyi ola bilməz, şübhəsiz ki, yeni seçkilər üçün heç bir əsas yoxdur, Onun Gürcüstanın maraqlarına zidd olan əməllərinə gəldikdə isə, onun üçün nə konstitusiyanın, qanunun, ümumiyyətlə hər hansı qaydaların əhəmiyyəti yoxdur ”, - Boçorişvili bildirib.

Qeyd edək ki, Salome Zurabişvili dünən Rustaveli prospektində keçirilən etiraz aksiyasında yeni seçkilərin tarixini müəyyən etmək üçün Bidzina İvanişvili ilə görüşməyə hazır olduğunu deyib.


Politoloq Turab Rzayev "Sherg.az"a bildirib ki, Zurabişvilinin yeni seçki təyin etmək istəməsinin uğurlu olacağını düşünmür:


"Gürcüstanda Parlamentli Respublika mövcuddur. Ona görə də nəzarət daha çox hökumətin əlindədir. Yəni qərarları Nazirlər Kabineti verir. Prezident isə daha çox simvolik fiqurdur. Bu baxımdan Zurabişvilinin seçki elan etmək istəməsini ciddiyə almayacaqlar. Əslində faktiki olaraq onu Prezident kimi tanımırlar. Çünki dəfələrlə impiçment etmək, hakimiyyətdən uzaqlaşdırmaq istədilər, amma mümkün olmadı. Eyni zamanda Zurabişvili də seçilmiş Prezidenti Parlamentli legitim saymır. Hətta seçkilərin saxtalaşdırıldığını və qanunsuz olduğunu bildirir. Məhz buna görə də yeni seçki təyin etmək istəyir. Gürcüstan Prezidenti bununla bağlı daha əvvəl Avropa İttifaqının müzakirəsində də çıxış etdi. Digər tərəfdən Zurabişvilinin administrativ resursları yoxdur. Hətta indiki hökumət ona hədə-qorxu gəlir ki, əgər vəzifəsini və iqamətgahını könüllü şəkildə təhvil verməsə, buna məcbur edəcəklər. Üstəlik Zurabişvilini həbslə qorxudurlar. Buna baxımdan onun mübarizə cəhdləri heç bir nəticə verməyəcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Dekabr 2024 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see728

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see210

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see202

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see193

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see167

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see160

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see153

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see145

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see145

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see144

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see144

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see141

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see138

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri