525ci qəzet Rusiya Əsədi heç kimə təhvil verməyəcək Politoloq
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Rusiya Suriyanın keçmiş prezidenti Bəşər Əsədi heç kimə təhvil verməyəcək. Onu nə ABŞ, nə də Avropa İttifaqına ekstradisiya edəcək.
525.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Yuri Lyamin deyib.
“Əsəd indi Rusiyadadır, ona sığınacaq verdik. Nə qədər ki, o, bizdədir nə ABŞ, nə də Aİ onu məsuliyyətə cəlb edə biləcək.
Yeri gəlmişkən, Rusiya Beynəlxalq Cinayət Məhkəməsinə tabeçilik protokolunu ratifikasiya etməyib, ona görə də kimin Əsədin həbsinə order verməsindən asılı olmayaraq, Moskva onu ekstradisiya etməyəcək”, - politoloq bildirib.
Lyamin Rusiyadan sığınacaq almış Ukraynanın keçmiş rəhbəri Viktor Yanukoviç və Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenin taleyini xatırladıb: “Heç bir xarici ədliyyə orqanları onlara yetişə bilmədi”.
Bəşər Əsəd və ailəsinə Rusiyada sığınacaq verilməsi barədə qərarı Rusiya prezidenti Vladimir Putin qəbul edib.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 09 Dekabr 2024 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















