Icma.az
close
up
RU
Politoloqlar: Gürcüstana qaçqın axını olmayacaq

Politoloqlar: Gürcüstana qaçqın axını olmayacaq

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Tbilisi, 17 iyun, AZƏRTAC

Bu gün Yaxın Şərq regionunda baş verən proseslər Gürcüstan ictimaiyyətini də narahat edən məsələlərdən biridir. İndi cəmiyyəti bir sual düşündürür - Gürcüstana qaçqın axını olacaqmı?

AZƏRTAC-ın xüsusi müxbiri mövzunu ilə əlaqədar gürcü politoloqların fikirlərini öyrənib. Analitik Petre Mamradze deyib ki, hazırda Gürcüstanda İsraildən gələnlər var. Lakin, onlar müvəqqəti olaraq İsraildən gəliblər. Onun sözlərinə görə, İrandan kütləvi qaçqın axınının Gürcüstana çatması ehtimalı azdır: "Bizim gürcü yəhudilərimiz dostlarının və qohumlarının yanında qalmaq üçün müvəqqəti olaraq İsraildən gəliblər, lakin onlar yenidən qayıdacaqlar. İrana gəlincə, bizim İranla ümumi sərhədimiz yoxdur və bu cür qaçqın axınının İrandan Gürcüstana daxil olması gözlənilmir”.

Politoloq hesab edir ki, Gürcüstan hökuməti qadınların və uşaqların Beynəlxalq Qızıl Xaç Komitəsinin və BMT-nin Qaçqınlar üzrə Agentliyinin himayəsi altında köçürülməsinə ehtiyac yaranarsa, beynəlxalq qaydalara əməl edəcək: “Gürcüstanda müəyyən sayda İran vətəndaşı yaşayır, onlar doğrudan da mühacirdirlər və onların qohumları da onlara gələ bilər, bu başqa məsələdir, amma mən axın gözləmirəm”.

"Mən daha az qaçqın axını gözləyirəm, çünki İsrail indiyə qədər etdiyi hədəfli zərbələrlə kifayətlənəcək və quru əməliyyatı keçirməyəcək. İnsanların yerdəyişməsi və atıcı silahların axını genişmiqyaslı quru əməliyyatı başlayanda, cəbhə xətti yarananda və insanlar evlərini tərk etmək məcburiyyətində qalanda özünü göstərir"- deyə politoloq vurğulayıb.

Gürcüstan Strateji Təhlil Mərkəzinin geosiyasi araşdırmalar şöbəsinin rəhbəri Vaxtanq Maisaia da hələlik böyük qaçqın axını gözləmir, lakin hesab edir ki, vəziyyət pisləşərsə, insanlar sərhədlərə axışacaq və ilk növbədə İranın quru qonşularına çatacaq.

Onun sözlərinə görə, İranın siyasi rəhbərliyi artıq Rusiyadan sığınacaq istəməyə və ya heç olmasa ailə üzvlərini göndərməyə hazırlaşmağa başlayıb. İran vətəndaşlarının qaçqın axınına gəlincə, burada bir neçə variant var, onlar Türkiyəyə, Azərbaycana və ya Ermənistana gedə bilər. Onların kütləvi şəkildə hansı istiqaməti seçəcəkləri isə hələlim məlum deyil: “İndiyə qədər vəziyyət və tendensiya belədir ki, onlar getsələr, ya dağlara sığınırlar, ya da şəhərdən kənara çıxıb ailələrini də özləri ilə aparırlar. Kütləvi axın o zaman yaranır ki, insanlar sərhəddə kütləvi şəkildə toqquşsunlar, indiki mərhələdə belə bir hal müşahidə edilməyib, çünki tərəflər mülki əhaliyə hücumdan yayınır. Lakin müharibə elə bir mərhələyə keçib ki, təhlükə getdikcə daha da artır, bu, mərhələli müharibə forması ala bilər".

Politoloq deyib ki, artıq ittifaqlar yarana bilər: “Məndə olan məlumata görə, Pakistan artıq İrana silah tədarük etməyə başlayıb və ona birbaşa dəstək verib. Türkiyə də mövqeyini ifadə edib, hətta Səudiyyə Ərəbistanı da İsrailin hava hücumlarını pisləyib. Heç bir tərəf geri çəkilmir və bu, müharibənin uzanacağından, bu halda qaçqın axınının arta biləcəyindən xəbər verir".

Vaxtanq Maisaia deyib: "İranla hava əlaqəsi bağlanıb və bu istiqamətdən giriş çətindir. Ona görə də quru variantı hələ də mümkündür, əgər axın yaranarsa və bu axın əvvəlcə Azərbaycandan keçib Ermənistana daxil olarsa, sonra da yəqin ki, bizə çatacaqlar. Biz hələlik prioritet variant deyilik”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 İyun 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri