Icma.az
close
up
RU
Politoloqlar Kobaxidzenin ritorikasını şərh etdi: Gürcüstan neytrallığı qorumağa çalışır

Politoloqlar Kobaxidzenin ritorikasını şərh etdi: Gürcüstan neytrallığı qorumağa çalışır

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Yeganə Hacıyeva: Gürcüstan əvvəl də təhriklərə uymuşdu, nəticə ağır oldu


Tural İsmayılov: Kobaxidzenin çıxışı mövcud regional təlatümlər fonunda ehtiyatlı və qoruyucu mövqenin əsaslandırılması kimi görünür

“Bu gün Gürcüstanın Rusiya-Ukrayna müharibəsində iştirakına təlabat nəinki zəifləməyib, hətta güclənməkdədir. Bu məqsədə nail olmaq üçün “Qlobal müharibə partiyası” Avropa İttifaqının strukturlarını və ayrı-ayrı məmurları istifadə edir”.

Bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri, Baş nazir İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Gürcüstanda ikinci cəbhəni açmaq istəyi o qədər böyükdür ki, “Qlobal müharibə partiyası” bütün Avropa bürokratiyasını Gürcüstana hücum rejiminə çevirib və rıçaq kimi vizasız gediş-gəlişin ləğvini öz əllərində qalan “son kozır” hesab edirlər.

“Gürcüstanı müharibəyə cəlb etmək istəyənlər düşünürlər ki, Avropa İttifaqı ilə vizasız gediş-gəliş, hətta uydurma əsasla da ləğv edilərsə, bu, cəmiyyətdə elə bir həyəcana səbəb olacaq ki, son nəticədə hakimiyyətin devrilməsi və öz agentinin ölkənin rəhbərliyinə gətirilməsi ilə bitəcək”, - İ.Kobaxidze söyləyib.


Politoloq Tural İsmayılov “Sherg.az”a bildirib ki, İrakli Kobaxidzenin son açıqlamaları regiondakı geosiyasi gərginlik fonunda Gürcüstanın öz təhlükəsizlik və sabitlik prioritetlərini qorumağa çalışdığını göstərir:


“Baş nazirin “qlobal müharibə partiyası” ifadəsi ilə Qərbdəki bəzi dairələrin Gürcüstanı Rusiya ilə mümkün qarşıdurmaya cəlb etmək istədiyini nəzərdə tutması ölkənin müharibədən kənarda qalmaq istəyinin siyasi ritorikasıdır. O, açıq şəkildə bəzi beynəlxalq strukturların və qərar vericilərin Gürcüstan üzərində təzyiq formaları axtardığını iddia edir.

Vizaların ləğvi məsələsinin ictimai narahatlığa səbəb ola biləcəyi və bunun siyasi proseslərə təsir edəcəyi fikri hakimiyyətin daxili sabitliyi əsas prioritet saydığını ortaya qoyur. Kobaxidze bu ehtimalın ölkədə siyasi dəyişikliklərlə nəticələnə biləcəyini vurğulamaqla xarici təsirlərə qarşı xəbərdarlıq edir. O düşünür ki, Gürcüstan cəmiyyətinin daxili proseslərə özü qərar verməli, xarici güclərin dolayı təsiri ilə bu tarazlıq pozulmamalıdır.

Bu ritorika bir tərəfdən Gürcüstanın neytral mövqeyini qorumaq niyyətindən doğur, digər tərəfdən isə regional münaqişəyə cəlb olunmaq riskinə qarşı özünü müdafiə vasitəsi kimi işlənir”. 


Politoloq qeyd edib ki, Gürcüstan rəhbərliyi hərbi eskalasiyaya səbəb ola biləcək hər hansı addımdan uzaq durmaq mövqeyində israrlıdır:

“Kobaxidzenin bəyanatları əslində ölkənin suverenliyini qorumaq və siyasi manipulyasiyalardan uzaq dayanmaq istəyinin ifadəsi kimi də qiymətləndirilə bilər.

Əsas məqsəd Gürcüstanın geosiyasi təzyiqlər qarşısında daxili stabilliyini qoruyaraq inkişaf kursunu davam etdirməsidir. Bu kontekstdə Kobaxidzenin çıxışı mövcud regional təlatümlər fonunda ehtiyatlı və qoruyucu mövqenin əsaslandırılması kimi görünür. Gürcüstanı tənqid etməkdənsə, bu ritorikanı bir siyasi siqnal, mesaj və özünüqoruma instinkti kimi başa düşmək daha konstruktiv yanaşmadır”. 



Politoloq Yeganə Hacıyeva isə deyib ki, Rusiya-Ukrayna müharibəsinin qeyri-müəyyən nəticə ilə bu qədər uzun müddətə davam etməsi şərtləndirən məqamlar var və onların arasında əsas yeri məhz elə kənar maraqlar tutur :


“Rusiyanın iştirakı ilə post-sovet ölkələrindəki konfliktlərin davam etməsində maraqlı tərəflər var. SSRİ-nin dağılmasından sonra da bu cooğrafiyada mövcud olan, daha öncələr də eyni dam altında yaşayan xalqların ümumi mədəniyyətindən irəli gələn əlaqələri davam etdi. Mövcud əlaqələri genişləndirməkıə, bir-birilərilə daha sıx əlaqlər qurmaqla, regional siyasi-iqtisadi əməkdaşlığın əsasında eyni mövqedən qedən çəxış etməklə, birgə inkşaf etmələrinə təkan verdi. Post-sovet ölkələrin bir-birilə belə əməkdaşlağı onların zəifləməsinin qarşısını aldı. Vacib hadisələr ərəfəsi, kənar təsirlər və risklərlə üz üzə qaldıqda bu ölkələr bir-birinə kömək edirdi bu onları təkləməklə öz təsir altəna almaq iatəyən qüvvələrin planlatını pozurdu. Nəticədə, bu dairələr belə əməkdaşlıqdan narahat olur”. 


Analitikin sözlərinə görə, Rusiya-Ukrayna  müharibəsində  ən çox kim qazanır sualının cavabı heç də  Rusiuanın xeyrinə feyil. Bu daha çox Qərb dairələridir:

“Eyni zamanda, bəlli regionlarda, hətta Çin də bu rol oynayır. Çünki konfliktlər 3-cü ölkələrə hər iki tərəfə nizamlanma adı altında və.s yaxınlaşmaqla onları öz təsiri altına salmaq şəraiti formalaşdırır. Gürcüstan da Cənubi Qafqazda bu prosesi artıq bir neçə dəfə edib. Siyasi təhriklərə uyaraq Gürcüstan hakimiyyəti nəticəsi öncədən bəlli olan addımları atdı. Bu addımları Gürcüstanın faktiki olaraq bir neçə ərazisi üçün ciddi nəticələrlə sonland; və Gürcüstanda işğal baş verdi. 

Digər tərəfdən, “qlobal müharibə partiyası” kimi adlandırdığı Qərb dairələri və onlara bağlı biznes, silah elitası iştirak edirlər”.


Kəmalə Vəliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 İyul 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri