Polk komandiri: Ukrayna ikinci hücum mərhələsinə ciddi şəkildə hazırlaşmalıdır
Icma.az, Apa.az saytına istinadən bildirir.
Rusiya öz məqsədlərini dəyişməyəcək və Ukrayna ikinci işğala hazırlaşmalıdır.
APA xəbər verir ki, bu fikri Ukrayna Qəhrəmanı, 225-ci ayrıca hücum polkunun komandiri Oleq Şiryayev Armia TV-də yayımlanan çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, hazırkı diplomatik səylər döyüş əməliyyatlarının dayandırılmasına gətirib çıxarsa belə, bu, Rusiyanın ilkin məqsədlərini dəyişməyəcək. Məhz buna görə də Ukrayna mümkün atəşkəs dövründən istifadə edərək Rusiya tərəfindən ikinci hücum mərhələsinə ciddi şəkildə hazırlaşmalıdır.
“Bizim aydın məqsədimiz olmalıdır. Unutmamalıyıq ki, sərhədlərimiz 1991-ci ildən qanunla müəyyənləşib. Orduya daha bir milyon insan gələ bilərmi? Əlbəttə ki, gələ bilər. Amma bunun üçün hərbi-vətənpərvərlik tərbiyəsinin inkişafına xüsusi diqqət yetirməliyik”, – deyə Şiryayev vurğulayıb.
O əlavə edib ki, insanlar orduya cəlb olunmalı, hərbi strukturların, o cümlədən səfərbərlik orqanlarının fəaliyyəti nüfuzdan salınmamalıdır.
“Biz 2022-ci ildə olduğu kimi bir yumruq kimi birləşməliyik”, – deyə o qeyd edib.
Ukrayna Qəhrəmanı bildirib ki, onun əsas məqsədi Ukraynanın 1991-ci il sərhədlərinin bərpa olunmasıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 28 Dekabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















