Icma.az
close
up
RU
Ukrayna açıq şəkildə qurban vəziyyətindədir ANALİZ

Ukrayna açıq şəkildə qurban vəziyyətindədir ANALİZ

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Zelenski daha çox Rusiyaya problem yaratmağa çalışır

Ukrayna lideri nə qədər tez öz zəifliyini və potensial məğlubiyyət riskini qəbul etsə, bir o qədər yaxşı olar

Rusiya-Ukrayna müharibəsi regionda güc balansını kəskin şəkildə dəyişdirib. Həm cəbhədə, həm də diplomatik müstəvidə ciddi gərginlik davam edir. ABŞ-nin Kiyevə dəstəyində zəifləmə, Avropa ölkələrinin, xüsusilə Böyük Britaniyanın Zelenski administrasiyasını siyasi baxımdan möhkəmləndirmə cəhdləri fonunda Ukraynanın daxili strategiyasındakı problemlər daha çox nəzərə çarpır. Eyni zamanda Rusiyanın hərbi və siyasi təzyiqləri, onun cəbhədə irəliləmək və danışıqlarda üstünlük qazanmaq məqsədi ilə apardığı fəaliyyət münaqişənin dinamikasını müəyyən edən əsas faktorlardandır. Moskvanın uzunmüddətli strategiyası, resurs imkanları və Qərblə münasibətlərindəki gərginlik müharibənin gedişinə və regional təhlükəsizliyə birbaşa təsir göstərir.

Politoloq Tofiq Abbasov Sherg.az-a açıqlamasında Ukraynanın ön cəbhədəki vəziyyətinin xeyli problematik oıduğunu söyləyib: 

"Amerika Birləşmiş Ştatları artıq Ukraynaya əvvəlki qədər yardım etmək niyyətində deyil. Digər tərəfdən isə Avropa ölkələri, xüsusilə də Böyük Britaniya, Zelenskini hakimiyyətdə saxlamaq və ona dəstək vermək üçün ciddi səylər göstərir. Lakin ön cəbhədəki reallığa baxanda görürük ki, Zelenskinin siyasi xətti o qədər də uğurlu deyil. Çünki cəbhədə olan birliklər bəzi hallarda mövqelərini qoyub geri çəkilirlər və vahid komandanlıqdan təsirli dəstək gözləsələr də, bu köməklik çox vaxt gəlmir. Hesab edirəm ki, Ukraynanın mövcud vəziyyəti qənaətbəxş deyil. Əgər Vladimir Zelenski bu cür dirəniş göstərməyə davam etsə, daha çox mövqeləri itirəcək. Onsuz da onun sülh istiqamətindəki qeyri-müəyyən mövqeyi göstərir ki, bu məsələdə onu bağlayan və ya məcbur edən amillər azdır. O, daha çox Rusiyaya problem yaratmağa çalışır. Ukrayna Rusiya üçün problem yaratdığı halda isə öz problemlərinin necə həll olunduğu sual altındadır". 

Politoloq Ukraynanın çox rasional şəkildə davranmalı, bütün kənar təsir və müdaxilələri minimuma endirməli, suveren qərar vermək iqtidarında olduğunu ortaya qoymalı olduğunu söyləyib: 

"Hələlik bu xüsusiyyəti Ukraynada görmürük. Son günlərdə isə bəzi siyasi fiqurlar müəyyən dairələrlə yaxınlıq yaratmağa çalışırlar. Bu siyasətdə geniş tətbiq olunan bir addımdır və bəzən nəticə də verir. Lakin ön cəbhədə real imkanların məhdud olduğunu görərkən anlamaq olur ki, Ukrayna açıq şəkildə qurban vəziyyətindədir. Təəssüf ki, Ukrayna xalqı bu proseslərdə böyük itkilərə məruz qaldı və bu itkilər onlara heç nə qaytarmadı. Zelenski və onun komandası daha ciddi şəkildə düşünməli və özləri üçün aydın bir fəaliyyət alqoritmi müəyyənləşdirməlidirlər. Çünki belə bir alqoritm olmadan uğur qazanmaq mümkün deyil. Siyasətdə və geosiyasətdə ən böyük üstünlüyə malik olanlar vəziyyəti düzgün təhlil edənlərdir. Təhlil qabiliyyəti Ukrayna mütəxəssislərində də var, yaxın ölkələrdə də". 

Ekspert Qərb və ABŞ arasında yaranmış ziddiyyətlərin Ukraynadakı vəziyyətə təsirsiz ötüşməyəcəyini vurğulayıb: 

"Dəyişikliklər qaçılmazdır. Məsələ ondadır ki, Ukrayna indiki mövqeyini nə qədər qoruya biləcək. Bu məsələnin taleyi isə böyük ölçüdə Zelenskidən asılıdır. Onun artıq strategiya və resursları tükənir. Ukrayna lideri nə qədər tez öz zəifliyini və potensial məğlubiyyət riskini qəbul etsə, bir o qədər yaxşı olar. Çünki Ukrayna xalqını sonradan tamamilə ümid­siz və müdafiəsiz qoymaq olmaz. Ukrayna xalqı buna layiq deyil. Arzu edərdim ki, ABŞ və Rusiya bu istiqamətdə ortaq məxrəcə gəlsinlər. Hazırda Trampın siyasəti Avropaya təzyiq yaradır, amma körpüləri yandırmağa dəyməz. Əgər bu körpülər işləsə, heç olmasa Ukrayna xalqı onların müsbət nəticələrindən müəyyən dərəcədə faydalana bilər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:243
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Dekabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri