Icma.az
close
up
RU
Polkovnik: Fransanın Ermənistanı silahlandırması ekosistem üçün ciddi təhdiddir AZƏRTAC

Polkovnik: Fransanın Ermənistanı silahlandırması ekosistem üçün ciddi təhdiddir AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 19 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin qlobal sülh siyasəti bəşəriyyətin təhlükəsizliyi ilə yanaşı, həm də ekoloji təhlükəsizliyə xidmət edir.

Bunu AZƏRTAC-a müsahibəsində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnikin fikrincə, Azərbaycan planetdə sülh və təhlkəsizilik sahəsində ciddi səy göstərib və böyük əmək ortaya qoyub: “Prezident İlham Əliyevin siyasəti üçün xarakterik olan mühüm xüsusiyyətlərdən biri heç şübhəsiz ki, milli maraqların müdafiəsi ilə yanaşı, həm də bəşəriyyətin rifahı və təhlükəsizliyini nəzərə almaq, planetin istənilən yerində müharibə və zorakılığın acı nəticələrini dünya dövlətlərinin, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq olub. Yalnız Cənubi Qafqazda deyil, bütün dünyada ədalət və təhlükəsizliyin təmin edilməsi onun apardığı siyasətin ana xəttini təşkil edir. Dövlət başçısı planetin harasında baş verməsindən asılı olmayaraq, bütün münaqişə və konfiliktlərin sülh yolu ilə həlli təşəbbüsü ilə çıxış edib, müharibələrə qarşı çıxıb.

Xatırladıram ki, torpaqlarımızın 30 ilə yaxın işğalı dövründə Ermənistan Qarabağ və ətraf ərazilərdə ağır ekoloji cinayətlər törədib, təbiətin məhvi istiqamətində amansız addımlar atıb. Məhz Vətən müharibəsndə xalqımızın əldə etdiyi möhtəşəm Zəfər nəticəsində həmin ekoloji cinayətlərə son qoyuldu, Vətən torpağının azadlığı ilə yanaşı, həm də təbiətin xilasına mail olundu”.

Təşkilatın sədri bildirib: “Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında mina və döyüş sursatlarından təmizlənməsi prosesinə başlanıb və məlum proses bu gün də davam edir. Azad olunmuş torpaqlarımızın döyüş sursatlarından təmizlənməsi ilə yanaşı, həm də bu ərazilərdə meşələrin bərpa edilməsi, su hövzələrinin, torpaq örtüyünün zərərli komponentlərindən təmizlənməsi prosesi aparılır.

Hazırda Azərbaycan bölgədə yeni hərbi qarşıdurmaların qarşısını almaq üçün ciddi diplomatik səylər ortaya qoyur və bu da bütün digər amillərlə yanaşı, ekoloji təhlükəszilik baxımından da vacib əhəmiyyət daşıyır. Çünki müharibələrin təbiətə, ekloloji mühitə ciddi ziyan vurduğu heç kimə sirr deyil. Ancaq təəssüflər olsun ki, bu gün özünü “mədəniyyətin beşiyi” hesab edən bəzi qlobal güclər Ermənistanı silahlandırmaqla onu yeni müharibəyə sövq etməyə, təbiəti ölümcül silahlarla zəhərləməyə çalışır. Müharibəyə təhrik edən həmin ölkələrdən biri də Fransadır”.

Fransanın Ermənistana külli miqdarda silah-sursat, raket sistemləri verməklə onu müharibəyə təhrik etdiyini deyən polkovnik bildirib ki, bu da insan həyatı ilə yanaşı, həm də ekosistem üçün ciddi təhdiddir. Fransa keçirdiyi nüvə sınaqları ilə də təbiətə böyük ziyan vurur və onu ölümcül hala salır. Onun təbiətə qəsd siyasətinin dünya ictimaiyyəti tərəfindən daha ciddi və daha sərt şəkildə qınanmasına ehtiyac var.

“Hesab edirəm ki, dünya birliyi Azərbaycanın iqlim dəyişikliklərinə qarşı mübarizəsini alqışlamaqla yanaşı, Ermənistan, Fransa kimi dövlətlərin təbiətə qəsd siyasətini tənqid etməli, onların ekoloji tarazlığı pozan siaysətlərinin qarşısını almaq üçün həmrəylik sərgiləməlidir. Bu, planetimizin xilası baxımından ən vacib addımlardan biridir”, - deyə o, fikrini yekunlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2024 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri