Icma.az
close
up
RU
Rusiyalı ekspert: “Fransanın Ermənistanı silahlandırması ermənilər üçün olduqca acınacaqlı bitə bilər”

Rusiyalı ekspert: “Fransanın Ermənistanı silahlandırması ermənilər üçün olduqca acınacaqlı bitə bilər”

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sergey Borovikov : Qərb müstəsna olaraq Cənubi Qafqazda sabitliyin pozulmasında maraqlıdır, nəinki uzunmüddətli nizamlanmada

Transsərhəd Əməkdaşlıq Assosiasiyasının aparıcı analitiki, rusiyalı ekspert Sergey Borovikov “Caliber” analitik mərkəzinə müsahibəsində Cənubi Qafqazdakı vəziyyət, Qərbin Ermənistyanı sialhlandırması və sülh razılaşmasına mane olan səbəblər haqda fikirlərini bildirib. Müsahibəni oxucularımızın nəzərinə çatdırırıq.

— Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prizmasından 2024-cü ili necə qiymətləndirirsiniz?

— Ötən il Azərbaycanın siyasi, inzibati və hüquqi məkanda hərbi qələbəsini möhkəmləndirmək cəhdləri ilə yadda qaldı ki, bu da təbiidir. Amma təəssüf ki, Bakı ilə İrəvan arasında münasibətlərin tənzimlənməsi cəhətdən heç bir köklü dəyişiklik gətirmədilər.

- Fikrinizi tamamlayacam. Ermənistanın Azərbaycana ərazi iddiaları ehtiva edən konstitusiyasına dəyişiklik etməkdən imtina etməsi səbəbindən Ermənistan-Azərbaycan nizamlanmasında sıçrayış baş vermədi.

-Mən güman edə bilərəm ki, bunun arxasında 3 amil dayana bilər. Birincisi, Birinci Qarabağ Müharibəsindən sonra Azərbaycan 30 il ərzində Ermənistanın Konstitusiyasına düzəlişlər tələb etməyib, ərazilərini qaytardıqdan sonra bunu tələb edib. Görünən odur ki, Ermənistan da oxşar məntiqdən çıxış edir və ümid edir ki, otuz-qırx ildən sonra nəsə dəyişə bilər, kobud desək, “baxın, biz buna necə cavab verəcəyik” prinsipi ilə. Ona görə də bundan narahat olmamalısınız.

İkincisi, konstitusiyaya dəyişiklik edilməsinin özü həmişə kifayət qədər mürəkkəb bürokratik prosedurdur, səsvermə və düzəlişlərin hazırlanması tələb olunur, bundan sonra şübhəsiz ki, narazı insanlar olacaq. Bu, istər-istəməz Ermənistanda Nikol Paşinyanın qeyri-populyar addımları və əməlləri ucbatından onsuz da ağır olan siyasi vəziyyəti sarsıdacaq.

Üçüncüsü, Qarabağ heç vaxt Ermənistanın əsas hüquqi konstitusiya sferasına daxil edilmədiyinə görə, onların konstitusiya ilə qaranlıq tarixçəsi olduğundan ermənilərə bu, həqiqətən də lazım deyil. Deməli, ermənilər bu məsələ ilə təkcə bu il deyil, uzun müddət məşğul olacaqlar.

— Yəni 2025-ci ildə Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması şansı minimaldır?

— Fakt budur ki, müasir dünyada münaqişəli ölkələr arasında sülh müqaviləsinin olmaması prinsipial olaraq məcburi element deyil. İkinci Dünya Müharibəsindən sonra SSRİ və Yaponiya heç vaxt sülh müqaviləsi bağlamadılar, lakin bu, onların 50 il ərzində qarşılıqlı əlaqəsinə mane olmadı. Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına gəlincə, mən buna şübhə ilə yanaşıram. Mənə elə gəlir ki, Ermənistan üçün bu, açıq şəkildə ictimai məkanda qaldırmaq istəmədikləri biabırçı hərbi məğlubiyyətlərinin bir növ təsbitidir.

Digər tərəfdən, müasir Ermənistanın baş sponsoru Fransa Ermənistan-Azərbaycan nizamlanmasında birmənalı olaraq maraqlı deyil, bu münaqişənin siyasi və ya hərbi formada davam edəcəyinə ümid edir. Müvafiq olaraq, Paris Ermənistanla Azərbaycan arasında sülhün bağlanmasını dəstəkləməyəcək.

- Bəs buna görə Fransa Ermənistana aktiv şəkildə silah verir?

-İnanıram ki, bu, Fransa və Rusiyanın təsir zonalarında olan qarşıdurmanın məntiqinə uyğundur. Rusiya Afrikada Fransanı layiqincə sıxışdırıb, ona görə də Paris Cənubi Qafqazda Moskvaya qarşı hansısa çirkin oyun qurmağa çalışır. Bütün bunlardan sonra Ermənistanın başına nə gələcək, bu, fransızları maraqlandıran son şeydir. Beləliklə, Ermənistanı Fransa silahları ilə doldurmaq İrəvan üçün çox pis hekayədir, çünki Paris regionun uzunmüddətli sabitliyinin pozulmasında maraqlıdır, bunun ermənilər üçün nəticələri olduqca acınacaqlı ola bilər.

— Orta müddətli perspektivdə Ermənistan nəhayət Rusiyadan ayrılıb Qərbə üz tutmağa qərar verəcəkmi?

-Mən bunu tamamilə qeyri-mümkün görürəm. Birincisi, ona görə ki, Qərb müstəsna olaraq Cənubi Qafqazda sabitliyin pozulmasında maraqlıdır, nəinki uzunmüddətli nizamlanmada. İkincisi, Qərb uzaqdadır, Ermənistan isə nəqliyyat-logistika cəhətdən yarımtəcrid vəziyyətindədir. Əslində Gürcüstanda vəziyyətin dəyişməsi Ermənistanın Qərb oriyentasiyası üçün zəif şanslarının olub-olmadığını açıq şəkildə göstərə bilər. Əgər Gürcüstanda qərbyönlü qüvvələr yekun məğlubiyyətə düçar olsa, o zaman Ermənistanın Qərbə üz tutmaq şansı olmayacaq.

— Belə olan halda Ermənistan-Rusiya münasibətləri gələcəkdə necə inkişaf edəcək?

— Çox güman ki, münasibətlər təbiətcə ləng olacaqlar. Hər halda Ermənistanda hakimiyyətdə qərbyönlü siyasətçilər oturduqca, Fransa, necə deyərlər, suyu bulandırdıqca, Ermənistan-Rusiya münasibətlərində irəliləyiş gözlənilmir.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Yanvar 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see237

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see236

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see196

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see179

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see151

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see150

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see147

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see146

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see144

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see135

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see135

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see131

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see130

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri