Icma.az
close
up
RU
Laçındakı Zirvə görüşü təsadüfi deyil, mesajlardan düzgün nəticə çıxarılmalıdır Komitə sədri

Laçındakı Zirvə görüşü təsadüfi deyil, mesajlardan düzgün nəticə çıxarılmalıdır Komitə sədri

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yeni düzəninin formalaşması istiqamətində gedən geosiyasi mübarizələr fonunda 28 May -Respublika Günündə Azərbaycan-Türkiyə-Pakistan dövlət başçılarının Zirvə toplantısı, xüsusən də belə bir mötəbər toplantının Şərqi Zəngəzurda - Laçın şəhərində keçirilməsi heç də təsadüfi xarakter daşımırdı.  

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib. 

Deputat bildirib ki, belə bir Zirvə görüşünün Şərqi Zəngəzurda keçirilməsi dünyaya və bəlli mərkəzlərə ünvanlanan ciddi bir mesaj idi: “Ona görə də bu Zirvə görüşünün keçirilməsinin mesajı düzgün oxunmalı və bundan lazımi nəticələr çıxarılmalıdır. Cənab Prezident İlham Əliyev də çıxışında bəyan etdi ki, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik artıq tamamilə yeni dünya miqyasında reallıqlar yaradır. “Bizim gücümüz birliyimizdədir. Bu gün birliyimizi üçtərəfli formatda bir daha təsdiqlədik. Əminəm ki, azad edilmiş Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq”, - Prezident İlham Əliyev bəyan edib.

Təbii ki, çox mürəkkəb geosiyasi proseslərin cərəyan etdiyi bir zamanda Laçında Bakı-Ankara-İslamabad müttəfiqliyinin daha yüksək müstəviyə qaldırılması istiqamətində atdıqları addımlar, verdikləri bəyanatlar qlobal miqyasda yeni reallıqlar yaratmaqdadır. Bu müttəfiqlik bütövlükdə dünyada sülhün, sabitliyin, təhlükəsizliyin və yeni əməkdaşlıq formatlarının yaradılmasına xidmət edir. Bu müttəfiqlik Pakistanın da yaxından iştirakı ilə Türk dünyasının yeni dünya düzənində beynəlxalq səviyyədə siyasi-iqtisadi güc kimi formalaşaraq meydana çıxmasına geniş imkanlar yaradacaq. 

Bakı-Ankara-İslamabad birliyi eyni zamanda, Cənubi Qafqazda, Yaxın Şərqdə, Mərkəzi Asiyada gərginlik, qarşıdurma yaratmaq istəyən güclərə də bir mesaj olacaq. O baxımdan da Laçın Zirvə görüşünün mesajları lazımi ünvanlar oxuyub bundan  düzgün nəticələr çıxaracaqlar”.

Mürtəza
Ölkə.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 May 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri