Icma.az
close
up
RU
Polkovnik Prezident Putin general rütbəsindən niyə İMTİNA EDİB...

Polkovnik Prezident Putin general rütbəsindən niyə İMTİNA EDİB...

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyada yüksək çinli hərbçilərin "Yoldaş Ali Baş Komandan!", -deyə məruzə etdikləri prezident Vladimir Putinin də hərbi rütbəsi var, o, polkovnikdir.
Bəs polkovnik rütbəsinədək irəliləyən prezident niyə hərbi paltar geyinib poqon taxmır, general və marşal rütbəsi almayıb?
Modern.az-ın məlumatına görə, TASS agentliyi bu suallara “Milli müdafiə” jurnalının baş redaktoru, hərbi analitik İqor Korotçenko ilə söhbətdə cavab axtarıb.
Agentliyin məqaləsində qeyd edilib ki, Vladimir Putin ilk zabit rütbəsini dövlət təhlükəsizliyi orqanlarında işə başlayanda alıb. Rusiya lideri etiraf edib ki, vaxtilə "kəşfiyyatçıların işi haqqında romantik hekayələr"lə çox maraqlanırmış və bu maraq onu “KQB” məktəbinə aparıb. 1985-ci ildə mayor Putin xarici kəşfiyyat zabiti kimi keçmiş Almaniya Demokratik Respublikasının Drezden şəhərinə gedib və beş illik xidmətdən sonra oradan polkovnik-leytenant rütbəsində qayıdıb.
Gələcək prezident dövlət təhlükəsizliyi orqanlarında xidmət edərkən iki dəfə istefa ərizəsi verib, çünki Leninqrad rəhbərliyinin əleyhdarları onun “çekist” statusundan demokrat Anatoli Sobçaka qarşı siyasi mübarizədə istifadə edə bilərdilər. 1991-ci il avqustun 20-də elə Sobçakın şəxsi müdaxiləsi sayəsində Putinin ehtiyata buraxılma proseduru tamamlanıb.

Lakin ehtiyatda olan gələcək prezidentin daha sonralar bir hərbi rütbə yüksəlişi də olub - polkovnik poqonu. Vladimir Putin hələ də bu rütbəyə sahibdir.
Rusiya Federasiyasının Konstitusiyasına görə, general rütbəsini yalnız prezident verə bilər.
Məqalə müəllifi yazır ki, tarixdəki Rusiya imperatorları bütün ömürləri boyu taxta çıxdıqları rütbədə qalıblar və Putin də bu ənənəni pozmayıb.
Hərbi analitik İqor Korotçenko bildirib ki, prezident Putin Ali Baş Komandan statusu ilə kifayətlənir. Rusiya Konstitusiyasına görə də ölkənin Silahlı Qüvvələrinin Ali Baş Komandanı prezidentdir.
“Putin onsuz da general rütbəsi almaq fürsətindən istifadə etməzdi. Onun özü bu qərarı 2011-ci ildəki canlı yayımda bildirib”, - hərbi analitik deyib.

Həmin vaxt Putin bildirib:

“90-cı illərin sonlarında Rusiya Federasiyasının birinci prezidenti Boris Nikolayeviç Yeltsinin mənə Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru vəzifəsini təklif etdiyi səhnəni xatırlayıram. Yeltsinin qəbulunda olanda o, mənə general rütbəsi vermək qərarına gəldiyini dedi, məlum olduğu kimi, mən polkovnikəm. Boris Nikolayeviçə dedim ki, bir vaxtlar hərbi təşkilatı tərk etdim və yenidən geri qayıtmağı düşünmürəm.
Amma təklif etdim ki, gəlin, mən Federal Təhlükəsizlik Xidmətinin ilk mülki direktoru olun, Yeltsin  təəccübləndi və razılaşdı: "Yaxşı, olsun".
İ.Korotçenko gələcək prezidentin general rütbəsindən imtinasını “peşəkar qərar” kimi qiymətləndirib.
"Putin Rusiyaya general poqonları daşımadan xidmət etməyi seçdi. Bu, onun şüurlu seçimi idi və bu, "parad" aspektlərinə deyil, bütün diqqətini real əməliyyat işinə cəmləmək istəyindən irəli gəlirdi", - deyə hərbi analitik qeyd edib.

"Biz başa düşməliyik ki, FTX direktorunun vəzifəsinin adi kateqoriyası ordu generalıdır. Putin bu yüksək rütbəni sözün əsl mənasında bir neçə il ərzində ala bilərdi", - deyə Korotçenko bildirib:
"Lakin o, mülki FTX direktoru kimi, bütün diqqətini əsas işə cəmləyərək, general rütbələri almadan işləyə biləcəyinə inanırdı".
Vladimir Putin 25 iyul 1998-ci ildən 9 avqust 1999-cu ilədək Rusiya Federal Təhlükəsizlik Xidmərinin direktoru olub.
O vaxtdan bəri Putin öz seçimindən əl çəkməyib və əmin edib ki, ona daha yüksək rütbə - marşal rütbəsi verilməsi perspektivi də yoxdur.
"Sizi əmin edirəm ki, bu, heç vaxt olmayacaq", - dövlət başçısı vurğulayıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, dövlət başçısının rəsmi titullara ayıracaq vaxtı yoxdur: “O, prezident kimi işləyir və görəcəyi çox şey var”.

"O, karyera zabiti deyil, diqqətini başqa məsələlərə cəmləyir", - deyə Peskov qeyd edib.
"Prezident yüksək hərbi titulu dəfələrlə qazanıb, lakin bu, onun üçün prioritet deyil", - mətbuat katibi əlavə edib.
A.Qorxmaz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Fevral 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see367

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see325

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see287

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see263

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see260

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see251

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see240

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see234

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see232

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see219

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see215

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see213

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see211

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see208

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see207

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see202

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see202

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see195

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see195

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri