Polşa Belarusla keçid məntəqəsinə tikanlı məftillər çəkdi Video
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Polşa Sərhəd Xidmətinin əməkdaşları Brest sərhəd-keçid məntəqəsinin qarşısındakı körpüdə tikanlı məftillər çəkərək, öz sərhədlərini bağlayıblar.
Axar.az xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.
Məlumata görə, Polşa zabitləri tikanlı məftillərlə bərabər, metal hasar da qurublar. Bir neçə maşın sərhədi keçmək üçün növbəyə düzülüb, lakin onlar Belarusa geri qayıtmalı olub.
Xatırladaq ki, sentyabrın 9-da Polşanın Baş naziri Donald Tusk “Qərb-2025” təlimlərinin başlaması ilə əlaqədar sentyabrın 11-dən 12-nə keçən gecə Belarusla sərhədin bağlanacağını elan etmişdi.

Polşa Belarusla sərhədi BAĞLAYACAQ
09 Sentyabr 2025 15:48
Polşa Belarusla sərhəddə divar tikir
29 Dekabr 2024 14:05
Polşa Belarusla dialoqdan imtina etdi
13 Avqust 2025 15:53
Polşa sabahdan Belarusla bütün sərhəd keçid məntəqələrini bağlayır
11 Sentyabr 2025 14:16
SON DƏQİQƏ! Polşa Belarusla sərhədə qoşun toplayır VİDEO
10 Sentyabr 2025 12:53

