Icma.az
close
up
RU
Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib?

Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib?

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Polşada qətl törətməkdə ittiham olunan Azərbaycan vətəndaşı Orxan Məmmədbəyli Ukraynada saxlanılıb.

Turkustan.az xarici mediaya istinadən xəbər verir ki, Kiyevin Şevçenko Rayon Məhkəməsi 34 yaşlı Orxan Məmmədbəyli barəsində 40 sutka müddətinə həbs qətimkan tədbiri seçib. O bu müddət ərzində Lukyanovka İstintaq Təcridxanasında saxlanılacaq.

Məlumata görə, qərar iyunun 1-də hakim Vladimir Buqil tərəfindən qəbul edilib. Hazırda həmin qərardan apellyasiya şikayəti verilib.

İstintaq materiallarında bildirilir ki, Orxan Məmmədbəyli mayın 29-da Kiyevdə saxlanılıb. Onun tutulmasına Polşa hüquq-mühafizə orqanlarından SIENA sistemi vasitəsilə daxil olan məlumat əsas verib. Həmin məlumata görə, azərbaycanlı barəsində Avropa Həbs Orderi və İnterpolun "qırmızı bülleteni" mövcud olub.

Polşa tərəfi Orxan Məmmədbəylini 2025-ci il fevralın 22-də Varşavanın mərkəzində baş vermiş qətl hadisəsi ilə əlaqədar məsuliyyətə cəlb edir. Həmin gecə Konstitusiya meydanında yerləşən gürcü restoranında başlayan mübahisə sonradan küçədə kütləvi davaya çevrilib.

Hadisə zamanı Gürcüstan vətəndaşı, 31 yaşlı David K. sinəsindən aldığı bıçaq zərbəsi nəticəsində ölüb. Daha iki nəfər isə bud və çanaq nahiyəsindən bıçaqlanaraq yaralanıb.

Mediada yayılan məlumatlara görə, hadisənin Polşada fəaliyyət göstərən etnik cinayətkar qruplar arasında hesablaşma ilə bağlı ola biləcəyi ehtimal edilir. Bununla belə, Varşava Prokurorluğu rəsmi olaraq yalnız bir neçə Gürcüstan vətəndaşının saxlanıldığını və məhkəmə qərarı ilə həbs olunduğunu açıqlayıb.

Qeyd olunur ki, 2025-ci il fevralın 22-də Varşava-Şredmestye Rayon Məhkəməsi Orxan Məmmədbəyli barəsində də həbs qərarı çıxarıb. /Modern.az/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 İyun 2026 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see380

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see374

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see355

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see348

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see329

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see328

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see304

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see276

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see261

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see254

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see239

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see235

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see229

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see220

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see213

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see210

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see189

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see188

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri