Polşa Azərbaycanın axtarışa verdiyi şəxsi ekstradisiya edib
Icma.az, Sia Az saytına istinadən bildirir.
Azərbaycanın beynəlxalq axtarışa verdiyi Gürcüstan vətəndaşı Ağacanov Ülpət Fizuli oğlu Polşadan ekstradisiya edilib. SİA-nın Baş Prokurorluğa istinadən verdiyi xəbərə əsasən, ekstradisiya haqqında Baş Prokurorluğun vəsatəti Polşanın Lodz rayon məhkəməsi tərəfindən təmin edilib.
Bildirilib ki, Ülpət Ağacanovun qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən adam öldürmə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.
Şəxs 2024-cü ilin oktyabr ayında Polşanın Kutno şəhərində müəyyən edilərək həbs edilib.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Ü.Ağacanov aprelin 3-də Polşadan Azərbaycana gətirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 11 Aprel 2025 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















