Icma.az
close
up
RU
Polşa prezidenti Naxçıvanla sərhəddə nə axtarırdı? FOTO KONKRET

Polşa prezidenti Naxçıvanla sərhəddə nə axtarırdı? FOTO KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Polşa Prezidenti Andjey Dudanın Ermənistana səfəri Azərbaycan tərəfindən həm diplomatik, həm də ictimai-siyasi mühitdə etirazlarla qarşılanıb. Çünki Polşa prezidentinin İrəvanda həyata keçirdiyi proqram Azərbaycanın dövlət və legitim təhlükəsizlik maraqlarına zərbə kimi qiymətləndirilir.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatı, Polşanın ölkəmizdəki müvəqqəti işlər vəkili Mixal Qreçilonun XİN-ə çağırılması bu fikri təsdiqləyir ki, Varşavanın Bakı ilə münasibətləri İrəvanın regional qızışdırıcılıq hərəkətlərinə qurban verən vektora doğru gedir.

Ermənistanda səfərdə olan Polşa Prezidenti Andjey Duda noyabrın 26-da İrəvanda erməni həmkarı Vaahn Xaçaturyanla birgə mətbuat konfransında Polşanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına töhfə verməyə hazır olduğunu bildirib. O, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyan və spiker Alen Simonyanla görüşlər keçirib.

KONKRET.az xəbər verir ki, bu barədə “Kaspi” qəzetinin Polşa dövlət başçısının məlum səfəri barədə məqaləsində deyilir:

“Texniki yöndən yanaşılsa, Polşa dövlət başçısının Ermənistan üzrə qrafikini ikitərəfli əlaqələrə xüsusi diqqət yetirmək və xarici siyasət münasibətlərini əks etdirən qarşılıqlı münasibətlər kimi başa düşmək olardı.

İkinci texniki bir detal bundan ibarətdir ki, 2025-ci ilin birinci yarısında Avropa İttifaqına prezidentlik edəcək Polşa Azərbaycan-Ermənistan münasibətlərinin perspektiv strukturlaşdırılmasına cavabdehlik daşıyan tərəf kimi özünü göstərməyə çalışır. Lakin Dudanın İrəvandan sonra Naxçıvanla sərhədə – Arazdəyənə gedərək Aİ missiyasının “binokl tamaşası”nda iştirak etməsi həmin texniki məqamların yalnız görüntü olaraq prioritetləşdirilməsini göstərdi.

Daha alt qata endikcə isə Polşanın əslində Aİ-yə sədrliyi dövründə Ermənistanın regional maraqlarının şişməsi üçün koordinasiya həyata keçirəcəyi şübhələri ilə üzləşmək mümkündür. Belə olmasa idi, rəsmi Bakının bəyanatları daha yumşaq mətnlə hazırlanar və ya ümumiyyətlə, Dudanın İrəvan proqramına reaksiya verilməzdi. Amma rəsmi Bakı bəyanat verirsə və müvəqqəti işlər vəkili XİN-ə çağırılırsa, bu, artıq ciddi məsələdir.

Polşa başqa nə istəyir?

Polşa Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması prosesinə səhv yoldan daxil oldu. Hiss etdirmək istədi ki, o, Bakı-İrəvan sülh gündəliyindəki danışıqlarda Aİ-nin sədri kimi vasitəçilik missiyası ilə çıxış edə bilər. Amma elə ilk andan etibarən özünün qərəzli gələcək moderator kimi təqdimatını verdi və Azərbaycanın təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı cəbhədə ola biləcəyini göstərdi.

COP29 çərçivəsində Azərbaycana səfər edən Dudanın Ermənistana ayrıca proqramla getməsi də bu fikrin diplomatik-siyasi şəkildə təsdiqi kimi başa düşülməsini asanlaşdırır. Bundan sonra Polşa ən azından diplomatik-siyasi tarazlığı saxlamaqdan ötrü Azərbaycana da səfər epizodu hazırlamalıdır. Üstəlik, bu qədər səmimidirsə, Polşa prezidenti hətta Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etməli və bu torpaqların Ermənistanın işğalı nəticəsində hansı əziyyətlər çəkdiyini görüb bunu bəyan etməlidir. Əks təqdirdə, Polşa Azərbaycan əleyhinə hərəkət üçün imtiyaz qazanmaq istədiyini və Bakı-İrəvan sülh gündəliyini pozmaq istiqamətində addımlar atacağını təsdiqləmiş olacaq.

Azərbaycan isə Ermənistanın Aİ-yə üzv bəzi dövlətlərin, o cümlədən Polşanın hərəkətlərindən vəcdə gəlib təxribat ssenarilərinə getməsinə cavablar hazırlamaq hüququnu özündə saxlayır.

Azərbaycanın mövqelərinə yönələn cəhdlər fiaskoya uğrayacaq

Aİ-nin Ermənistandakı missiyasının fəaliyyətini də buraya əlavə etsək, Azərbaycanın Polşanın davranışları fonunda missiyaya qarşı əks-həmlə prosedurlarını müəyyən etməsi daha qaçılmaz hal alacaq. Birincisi ona görə ki, missiya sərhəd təhlükəsizliyinin təmininə deyil, Ermənistanı Azərbaycana qarşı təkrar qarşıdurma xətlərinə doğru salmaqda maraqlı tərəf kimi görünür. İkincisi, missiya hərbi kəşfiyyat kimi fəaliyyət göstərir. Çünki binoklla tez-tez Azərbaycan Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin mövqelərini müşahidə etmək məlumat toplayıb onu İrəvanla bölüşməyin göstəricisidir. Əlavə olaraq, Ermənistan bunları Qərblə artan əlaqələri sayəsində hərbi faydaya çevirmək gündəliyinin davamı kimi nəzərdən keçirir. Bu amil ümumilikdə regionda Azərbaycanı ağır itkilərlə üzləşdirmək üçün istifadə edilən metodların bir hissəsidir. Ancaq bütün hallarda Azərbaycanın geosiyasi mövqelərinə və qüvvələr müstəvisindəki liderliyinə xələl gətirmək cəhdləri fiasko ilə nəticələnəcək. Çünki Ermənistanın strateji itkilərini kompensasiya etmək üçün girdiyi atmosfer yanlışdır və o, ən təhlükəli anlarda tək buraxıla bilər. Başqa tərəfdən, Azərbaycan həm strateji müttəfiqi Türkiyə, həm Qərb, həm Rusiya, həm də Çinlə strateji tərəfdaşlıq əlaqələri ilə İrəvanın əlində olan-qalanları almaq qabiliyyətini inkişaf etdirir. Üçüncüsü, Azərbaycanın hərbi qüdrəti son sözü deyən aktdır”, deyə qəzet yazıb.

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:30
embedMənbə:https://konkret.az
archiveBu xəbər 01 Dekabr 2024 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see134

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see133

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see133

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see132

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see130

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see129

AMEA nın yubileyinə həsr olunmuş konfrans

13 Aprel 2025 04:16see125

Nazirlərin aylar sonra ilk görüşü: İrəvan nəyə çalışır?

13 Aprel 2025 09:02see124

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see121

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see121

Bu bürclər yaxın zamanda varlanacaq ÇOX AZ QALDI

13 Aprel 2025 09:18see118

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see118

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see117

Bakıda FACİƏ: iki qardaş...

13 Aprel 2025 13:46see117

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see115

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see114

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see112

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see112

Heydər Əliyev Mərkəzinin parkında gəzinti istirahət və incəsənət gözəlliyini seyr etmək üçün sevilən məkan FOTO

13 Aprel 2025 11:33see109

Kişilərin uğur qazanmasına mane olan 6 VƏRDİŞ

13 Aprel 2025 10:19see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri