Icma.az
close
up
RU
Polşa prezidenti Naxçıvanla sərhəddə nə axtarırdı?

Polşa prezidenti Naxçıvanla sərhəddə nə axtarırdı?

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Polşa Prezidenti Andjey Dudanın Ermənistana səfəri Azərbaycan tərəfindən həm diplomatik, həm də ictimai-siyasi mühitdə etirazlarla qarşılanıb. Çünki Polşa prezidentinin İrəvanda həyata keçirdiyi proqram Azərbaycanın dövlət və legitim təhlükəsizlik maraqlarına zərbə kimi qiymətləndirilir.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatı, Polşanın ölkəmizdəki müvəqqəti işlər vəkili Mixal Qreçilonun XİN-ə çağırılması bu fikri təsdiqləyir ki, Varşavanın Bakı ilə münasibətləri İrəvanın regional qızışdırıcılıq hərəkətlərinə qurban verən vektora doğru gedir.

Ermənistanda səfərdə olan Polşa Prezidenti Andjey Duda noyabrın 26-da İrəvanda erməni həmkarı Vaahn Xaçaturyanla birgə mətbuat konfransında Polşanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına töhfə verməyə hazır olduğunu bildirib. O, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyan və spiker Alen Simonyanla görüşlər keçirib.

"Kaspi" qəzetinin Polşa dövlət başçısının məlum səfəri barədə məqaləsində deyilir:

Texniki yöndən yanaşılsa, Polşa dövlət başçısının Ermənistan üzrə qrafikini ikitərəfli əlaqələrə xüsusi diqqət yetirmək və xarici siyasət münasibətlərini əks etdirən qarşılıqlı münasibətlər kimi başa düşmək olardı.

İkinci texniki bir detal bundan ibarətdir ki, 2025-ci ilin birinci yarısında Avropa İttifaqına prezidentlik edəcək Polşa Azərbaycan-Ermənistan münasibətlərinin perspektiv strukturlaşdırılmasına cavabdehlik daşıyan tərəf kimi özünü göstərməyə çalışır.

Lakin Dudanın İrəvandan sonra Naxçıvanla sərhədə - Arazdəyənə gedərək Aİ missiyasının "binokl tamaşası"nda iştirak etməsi həmin texniki məqamların yalnız görüntü olaraq prioritetləşdirilməsini göstərdi.

Daha alt qata endikcə isə Polşanın əslində Aİ-yə sədrliyi dövründə Ermənistanın regional maraqlarının şişməsi üçün koordinasiya həyata keçirəcəyi şübhələri ilə üzləşmək mümkündür. Belə olmasa idi, rəsmi Bakının bəyanatları daha yumşaq mətnlə hazırlanar və ya ümumiyyətlə, Dudanın İrəvan proqramına reaksiya verilməzdi. Amma rəsmi Bakı bəyanat verirsə və müvəqqəti işlər vəkili XİN-ə çağırılırsa, bu, artıq ciddi məsələdir.

Polşa başqa nə istəyir?

Polşa Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması prosesinə səhv yoldan daxil oldu. Hiss etdirmək istədi ki, o, Bakı-İrəvan sülh gündəliyindəki danışıqlarda Aİ-nin sədri kimi vasitəçilik missiyası ilə çıxış edə bilər. Amma elə ilk andan etibarən özünün qərəzli gələcək moderator kimi təqdimatını verdi və Azərbaycanın təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı cəbhədə ola biləcəyini göstərdi.

COP29 çərçivəsində Azərbaycana səfər edən Dudanın Ermənistana ayrıca proqramla getməsi də bu fikrin diplomatik-siyasi şəkildə təsdiqi kimi başa düşülməsini asanlaşdırır. Bundan sonra Polşa ən azından diplomatik-siyasi tarazlığı saxlamaqdan ötrü Azərbaycana da səfər epizodu hazırlamalıdır. Üstəlik, bu qədər səmimidirsə, Polşa prezidenti hətta Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etməli və bu torpaqların Ermənistanın işğalı nəticəsində hansı əziyyətlər çəkdiyini görüb bunu bəyan etməlidir. Əks təqdirdə, Polşa Azərbaycan əleyhinə hərəkət üçün imtiyaz qazanmaq istədiyini və Bakı-İrəvan sülh gündəliyini pozmaq istiqamətində addımlar atacağını təsdiqləmiş olacaq.

Azərbaycan isə Ermənistanın Aİ-yə üzv bəzi dövlətlərin, o cümlədən Polşanın hərəkətlərindən vəcdə gəlib təxribat ssenarilərinə getməsinə cavablar hazırlamaq hüququnu özündə saxlayır.

Azərbaycanın mövqelərinə yönələn cəhdlər fiaskoya uğrayacaq

Aİ-nin Ermənistandakı missiyasının fəaliyyətini də buraya əlavə etsək, Azərbaycanın Polşanın davranışları fonunda missiyaya qarşı əks-həmlə prosedurlarını müəyyən etməsi daha qaçılmaz hal alacaq. Birincisi ona görə ki, missiya sərhəd təhlükəsizliyinin təmininə deyil, Ermənistanı Azərbaycana qarşı təkrar qarşıdurma xətlərinə doğru salmaqda maraqlı tərəf kimi görünür. İkincisi, missiya hərbi kəşfiyyat kimi fəaliyyət göstərir. Çünki binoklla tez-tez Azərbaycan Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin mövqelərini müşahidə etmək məlumat toplayıb onu İrəvanla bölüşməyin göstəricisidir. Əlavə olaraq, Ermənistan bunları Qərblə artan əlaqələri sayəsində hərbi faydaya çevirmək gündəliyinin davamı kimi nəzərdən keçirir. Bu amil ümumilikdə regionda Azərbaycanı ağır itkilərlə üzləşdirmək üçün istifadə edilən metodların bir hissəsidir. Ancaq bütün hallarda Azərbaycanın geosiyasi mövqelərinə və qüvvələr müstəvisindəki liderliyinə xələl gətirmək cəhdləri fiasko ilə nəticələnəcək. Çünki Ermənistanın strateji itkilərini kompensasiya etmək üçün girdiyi atmosfer yanlışdır və o, ən təhlükəli anlarda tək buraxıla bilər. Başqa tərəfdən, Azərbaycan həm strateji müttəfiqi Türkiyə, həm Qərb, həm Rusiya, həm də Çinlə strateji tərəfdaşlıq əlaqələri ilə İrəvanın əlində olan-qalanları almaq qabiliyyətini inkişaf etdirir. Üçüncüsü, Azərbaycanın hərbi qüdrəti son sözü deyən aktdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 Dekabr 2024 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see765

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see730

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see725

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see526

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see521

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see495

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see428

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see380

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see379

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see367

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see360

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see354

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see342

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see341

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see336

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see327

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see322

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see283

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see266

14 milyon tona yaxın yük daşınıb

07 Oktyabr 2026 16:38see254
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri