Polşa qeyriqanuni miqrantlara sığınacaq verilməsini dayandıracaq KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
Polşanın baş naziri Donald Tusk qeyri-qanuni miqrantlara sığınacaq verilməsinin dayandırılacağını bildirib.
KONKRET.az xəbər verir ki, baş nazir bununla bağlı özünün sosial şəbəkə hesabında paylaşım edib: “Biz Polşa sərhədlərinə nəzarəti bərpa edirik. Bu gün hökumət viza və sığınacaq tələbləri ilə bağlı yeni qaydalar təqdim edəcək. Sığınacaq hüququ artıq Polşa sərhədini qanunsuz keçmək üçün istifadə edilməyəcək”. Baş nazir Polşa prezidenti Anjey Dudanın bu qanunu imzalayacağına ümid etdiyini bildirib. Oktyabr ayında Polşanın miqrantlara sığınacaq verilməsini dayandırmaq niyyətində olduğu iddia edilirdi. Donald Tuskun sözlərinə görə, ölkənin sərhədlərini kimin keçdiyinə tam nəzarət edilməlidir.
Vəli Həsənoğlu,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 18 Dekabr 2024 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















