Icma.az
close
up
RU
Polşa Aİyə qeyriqanuni miqrasiyanı azaltmağı hədəfləyib

Polşa Aİyə qeyriqanuni miqrasiyanı azaltmağı hədəfləyib

Polşa Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi çərçivəsində Aİ-nin xarici sərhədlərindən qeyri-qanuni miqrasiyanı azaltmaq və onları geri qaytarma siyasətinin effektivliyini artırmaq istiqamətində ciddi iş aparacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat Polşanın Aİ Şurasına sədrliyi ilə əlaqədar fəaliyyət proqramında öz əksini tapıb.

Bildirilib ki, Polşa hibrid təhdidlərə və miqrasiyanın alətləşdirilməsinə qarşı uyğun Aİ reaksiyasının formalaşdırılması üçün çalışacaq:

“Bu məsələ yalnız miqrasiya təzyiqi kontekstindən qiymətləndirilməməlidir. İlk növbədə bütöv İttifaqın təhlükəsizliyinə və ərazi bütövlüyünə təhdid kimi nəzərdən keçirilməlidir. Buna nəzər salmasaq, Şengen bölgəsinin düzgün fəaliyyətini təmin etmə problemləri ilə üzləşəcəyik”.

seeBaxış sayı:106
embedMənbə:https://bakivaxti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri