Polşa rəsmiləri Rusiya konsulluğunun binasını ələ keçirməyə cəhd ediblər
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Polşa rəsmiləri Qdanskdakı Rusiya Baş Konsulluğunun keçmiş binasına daxil olmağa və onu ələ keçirməyə cəhd ediblər. Lakin heç kim onlara qapını açmayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Polsat" telekanalı şəhər meriyasının mətbuat xidmətinə istinadən məlumat verib.
"Aydındır ki, ərazidə kimsə var", - deyə Qdansk meriyasının mətbuat xidmətinin rəhbəri İzabela Kozitski-Prus bildirib.
O vurğulayıb ki, bütün tədbirlər Polşa Xarici İşlər Nazirliyi ilə razılaşdırılaraq həyata keçirilir.
Daha əvvəl bildirildiyinə görə, Polşada Qdanskda fəaliyyət göstərən sonuncu Rusiya konsulluğu da fəaliyyətini dayandırıb.
"Hörmətli Baş Konsulluğun ziyarətçiləri! Polşa hakimiyyətinin qərarı ilə Qdanskdakı konsulluğun bağlandığını təəssüf hissi ilə elan edirik", - deyə Rusiyanın Qdanskdakı baş konsulu Sergey Semenov videomüraciətində bildirmişdi.
Qeyd edək ki, noyabrın 19-da Polşanın xarici işlər naziri Radoslav Sikorski Polşada Qdanskda fəaliyyət göstərən sonuncu Rusiya Bbaş Konsulluğunun 23 dekabr tarixindən etibarən bağlanması qərarını elan edib. Buna cavab olaraq, Moskva 30 dekabr 2025-ci il tarixindən etibarən İrkutskdakı Polşa Baş Konsulluğunu bağlamaq qərarına gəlib.
Bundan əvvəl, 2024-cü ilin oktyabrında və 2025-ci ilin may ayında Polşa hakimiyyəti Poznan və Krakovdakı Rusiya baş konsulluqlarını bağlamışdı. Qarşılığında isə Rusiya Sankt-Peterburq və Kalininqraddakı Polşa konsulluqlarını bağlamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 25 Dekabr 2025 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















