Rusiya Donbası ələ keçirməyə çalışır Zelenski
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, hazırda Donbasda Rusiya ordusunun ən çox hücumları məhz bu istiqamətdə qeydə alınır.
Redaktor.az xəbər verir ki, bu barədə öz Teleqram kanalında yazıb.
Zelenskinin sözlərinə görə, Rusiya rəhbərliyi Donbasla bağlı planlarını davam etdirir və region üzərində nəzarəti ələ keçirmək niyyətindədir. O həmçinin bildirib ki, Moskva Donetsk Xalq Respublikasının (DXR) tam nəzarətə alınması ilə bağlı planlarını “gecikdirməli olacaq”.
Ukrayna Prezidenti qeyd edib ki, Kiyev münaqişənin başa çatdırılması üçün bütün mümkün təklifləri irəli sürüb, lakin Rusiya tərəfinin hər dəfə bu təkliflərdən imtina etdiyi iddia olunur.
Eyni zamanda, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl müharibənin bitmə tarixini dəqiq deməyin mümkün olmadığını bildirib və cəbhədəki vəziyyətin prosesin yekunlaşmasına yaxınlaşdığını qeyd edib.
Rusiya Müdafiə Nazirliyi isə Donbas istiqamətində, xüsusilə Konstantinovka ətrafında irəliləyişlərin davam etdiyini açıqlayıb. Xarici media isə şəhərin ələ keçirilməsinin qaçılmaz ola biləcəyini yazıb.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 29 İyun 2026 22:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















