Polşa Şərq Tərəfdaşlığı formatının bərpası üzrə danışıqlara başlamaq istəyir
Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Anjey Duda: “Varşava Şərq Tərəfdaşlığının formatını gələcəkdə kiçik dəyişikliklərlə bərpa etmək istəyir”
Polşa Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı formatına müəyyən dəyişikliklər etməklə onun bərpası istiqamətində müzakirələrə başlamaq istəyir. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Polşa Prezidenti Anjey Duda İrəvanda Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla keçirdiyi mətbuat konfransında deyib.
“Varşava Şərq Tərəfdaşlığının formatını gələcəkdə kiçik dəyişikliklərlə bərpa etmək istəyir. Polşa bu müzakirələrə başlamaq istəyir və bu prosesdə iştirak etmək istəyir”, - Duda vurğulayıb.
Aİ-nin Şərq Tərəfdaşlığı proqramı 2009-cu il mayın 7-də Praqada Aİ və Şərqi tərəfdaş ölkələrin liderlərinin (27 Aİ üzv dövləti + 6 tərəfdaş ölkə: Ermənistan, Belarus, Gürcüstan, Moldova, Azərbaycan, Ukrayna) liderlərinin sammiti zamanı başlayıb.
Şərq Tərəfdaşlığı Aİ ilə daha sıx siyasi assosiasiya və iqtisadi inteqrasiyanı, xüsusilə mobillik, enerji təhlükəsizliyi, nəqliyyat, kənd təsərrüfatı, ekoloji əməkdaşlıq və yaxınlaşma siyasətlərini təşviq etməyi nəzərdə tutur.
2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Şərq Tərəfdaşlığı çərçivəsində işlər dayandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 26 Noyabr 2024 20:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















