Icma.az
close
up
RU
Polşa Ukrayna üçün gizli silah istehsalı edir

Polşa Ukrayna üçün gizli silah istehsalı edir

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Polşa Ukrayna ilə silah və sursat istehsalı sahəsində əməkdaşlıq edir, lakin təhlükəsizlik səbəblərindən dolayı bu əməkdaşlığı açıqlamır. 

Qaynarinfo xəbər verir ki, bu barədə Polşanın Ukraynada müvəqqəti işlər vəkili Peter Lukaseviç ZN.UA-ya verdiyi müsahibədə bildirib.

Ukrayna-Polşa hərbi müəssisələri yaradılmasının perspektivləri ilə bağlı suala cavab verərkən, diplomat bildirib ki, Ukrayna ilə Polşa arasında bu cür əməkdaşlıq artıq mövcuddur. Xüsusilə, bu əməkdaşlıq dronların istehsalı, tankların təmiri və yüksək texnologiyalar sahəsində inkişafı əhatə edir.

Lukaseviç həmçinin Polşada Ukraynanın müdafiə sənaye kompleksinə aid bir zavodun tikildiyini təsdiqləyib. Lakin diplomat detalları açıqlamaqdan imtina edib.

"Bu cür əməkdaşlığı elan edən bəzi ölkələr var, məsələn, hərbi texnika istehsalı zavodunun tikilməsi, coğrafi cəhətdən Rusiyadan uzaqda yerləşirlər. Çünki onlara heç bir təhlükə yaranmır, buna görə də bunu açıqlaya bilirlər. Biz isə çox yaxın yerdəyik, ona görə də bu barədə danışmırıq. Yəni, bu kontekstdə coğrafiya çox vacibdir", - Lukaseviç izah edib.

Ötən dəfə Polşanın Ukraynadakı müvəqqəti işlər vəkili Peter Lukaseviç bildirib ki, Varşava Ukraynanın Avropa İttifaqına üzvlük prosesini sürətləndirməyə çalışacaq. O, Polşanın təhlükəsizliyinin Ukraynanın təhlükəsizliyindən asılı olduğunu vurğulayıb.

Bundan əlavə, "Bloomberg" bildirib ki, Polşa, əgər Slovakiya enerji təchizatını dayandırarsa, Ukraynaya kömək edəcək. Məlumatda qeyd olunur ki, Polşa tərəfi Ukraynanın enerji çatışmazlığını ödəmək üçün öz ərazisində enerji istehsalını artırmağa hazırdır.

Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 02 Yanvar 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see258

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see237

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see233

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see229

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see227

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see226

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see219

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see217

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see214

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see202

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see199

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see198

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see198

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see198

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see194

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see192

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see190

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see186

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see181

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri