Tusk: Polşa Ukrayna üçün ABŞ silahlarının alınmasını maliyyələşdirməyəcək
Icma.az bildirir, Apa.az portalına istinadən.
Polşa NATO-nun Ukrayna üçün ABŞ istehsalı silahların alınmasını nəzərdə tutan PURL proqramına hələlik maliyyə vəsaiti ayırmayacaq.
“TVP Info” telekanalının məlumatına görə, bunu Polşanın Baş naziri Donald Tusk mətbuat konfransında bildirib.
“Mən NATO-nun Baş katibi Mark Rütteyə bildirdim ki, biz hazırda PURL proqramına – Ukrayna üçün Avropa vəsaiti hesabına Amerika silahlarının alınmasına maliyyə töhfəsi verməyəcəyik”, – Tusk deyib.
Baş nazir qərarı Polşanın yüksək büdcə kəsiri və ölkənin müdafiəsinə çəkilən xərclərlə izah edib.
Qeyd edək ki, PURL proqramı NATO çərçivəsində Avropa ölkələrinin maliyyə vəsaiti hesabına ABŞ-dan silah alınaraq Ukraynaya göndərilməsini nəzərdə tutur.
Bu mövzuda digər xəbərlər:İspaniya Ukrayna üçün Amerika silahlarının alınmasını maliyyələşdirməyə qərar verib
23 Oktyabr 2025 09:41
Tusk: Polşa Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin logistika məsələlərini üzərinə götürür
07 Yanvar 2026 00:26
Donald Tusk: Ukrayna Polşa ilə gərginliyi azaltmaq üçün yollar axtarır
04 İyul 2026 12:42
Tusk: Polşa dron əleyhinə sistemlər yaratmaq üçün Ukrayna ilə əməkdaşlıq edəcək
12 Sentyabr 2025 07:47
Polşa prezidenti: “ABŞ Ukrayna üçün təhlükəsizlik zəmanətidir“
23 Fevral 2025 14:21
Baxış sayı:92
Bu xəbər 13 Noyabr 2026 22:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















