Polşada terror aktı ilə bağlı beş nəfər saxlanılıb
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Polşanın Krakov şəhərində baş vermiş terror aktından sonra Kibercinayətkarlıqla Mübarizə üzrə Mərkəzi Büronun əməkdaşları potensial təhlükə yarada biləcək beş nəfəri saxlayıblar.
Bu barədə Polşa Daxili İşlər Nazirliyinin mətbuat katibi Karolina Qaletskaya məlumat verib.
Onun sözlərinə görə, saxlanılan şəxslərin sosial şəbəkələrdəki fəaliyyəti potensial təhlükə mənbəyi hesab olunub.
Qeyd edək ki, noyabrın 7-də günorta saatlarında Krakovun mərkəzində atışma baş verib. Polşa vətəndaşı olan 24 yaşlı şəxs yoldan keçənlərə atəş açıb. Hadisə nəticəsində ikisi əcnəbi olmaqla, altı nəfər həlak olub, 15 nəfər yaralanıb.
Atəş açan şəxs saxlanılarkən yaralanıb və sonradan xəstəxanada ölüb. Polis onun mənzilində valideynlərinin və bacısının meyitlərini aşkar edib.
Hadisə terror aktı kimi araşdırılır. Polşada ümummilli matəm elan edilib./Trend
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 09 Noyabr 2026 18:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















