Polşada vəbaya yoluxmuş qaban cəsədi aşkarlanıb, təxribat istisna edilmir
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Polşada bir neçə iri donuz fermasının yerləşdiyi bölgədə tapılan Afrika donuz vəbası ilə yoluxmuş qaban cəsədi ölkədə həyacan yaradıb.
APA xəbər verir ki, bu barədə "RMF24" məlumat yayıb.
Yoluxmuş qabanın cəsədi Lodz vilayətində, Piyotrkuv-Tribunalski şəhərinə yaxın ərazidə tapılıb. Aparılan müayinə göstərib ki, heyvan Afrika donuz vəbası ilə yoluxub. Bildirilir ki, bu xəstəlik insanlara keçmir, amma bütün donuzlar üçün ciddi təhlükə yaradır.
Ölkənin Kənd Təsərrüfatı Nazirliyi bildirib ki, bu bölgədə əvvəllər Afrika donuz vəbasına yoluxma halları qeydə alınmayıb.
“Baytarlıq inspektorluğunun fikrincə, Afrika donuz vəbası ilə yoluxmuş ölü heyvanın qalıqları qəsdən donuz fermalarının olduğu əraziyə gətirilib”, – nazirlik qeyd edib.
“Biz təxribatı – o cümlədən “şərq izli” (Rusiya-red.) təxribatı istisna etmirik. Bu, Polşa biznesi və ərzaq təhlükəsizliyi üçün çox ciddi təhdiddir”, - kənd təsərrüfatı naziri Stefan Krayevski vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 04 Dekabr 2025 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















