Polşada vəbaya yoluxma artır
Medicina portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Polşada bir həftə ərzində ikinci dəfə vəbaya şübhəli hal qeydə alınıb.
“Medicina” xəbər verir ki, Lüblinli 65 yaşlı xəstə iki dəfə bakteriya üçün test verib və cavablar müsbət çıxıb.
Qeyd olunur ki, kişi ağır qida zəhərlənməsi əlamətləri ilə Lyublin xəstəxanasına müraciət edib.
Səhiyyə xidmətləri artıq müvafiq karantin prosedurlarının həyata keçirilməsi prosesindədir.
Bu həftə isə Polşanın Starqrad şəhərinin yaşlı sakinində vəba xəstəliyi aşkarlanıb. Laboratoriya qadında Vibrio cholerae bakteriyasına malik olduğunu müəyyən edib, 26 kontakt təcrid edilib, 80-dən çox insan isə müşahidə altındadır.
Qeyd olunub ki, pasiyentin çevrəsindən bu yaxınlarda heç kim Polşanı tərk etməyib, lakin başqa ölkələrdən olan insanlarla təmaslar olub.
Bu Polşa kimi ölkə üçün ciddi siqnal ola bilər.
Aygün Musayeva

